Oca 6 17

Spirtli içkini nağd alanlar həbs oluna bilər

admin
A customer looks at a bottle on the shelves of a supermarket in the northern city of Bailleul on February 15, 2012.  France set a record for its wine and spirits exports with more than 10 billion euros in 2011, a 10.5 percent annual increase, the Federation of Wine and Spirits Exporters said on February 14. AFP PHOTO PHILIPPE HUGUEN

Alkoqollu və tütün məhsulları istehsalçılarından nağd qaydada mal alan və satan şəxs mәsuliyyәtә cəlb olunacaq.

Melumatlar.Net Fins.az-a istinadən xəbər verir ki, bu zaman tətbiq edilən cəza kateqoriyası azadlıqdan məhrum olunmaya qədər gedib çıxır.

Bununla bağlı maddə belədir: 213-1.3. Pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma – min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Üstəlik, bu qaydaların 2017-ci il yanvarın 1-dən tətbiq olunması nəzərdə tutulur. Hazırda marketlərdə çoxlu sayda mal qalığı kimi spirtli içki və tütün məhsulları var. Sual yaranır, hazırkı mәhsulların taleyi necə olacaq?

Ekspert Vəli Əliyevin sözlərinə görə, yanvarın 1-dən sonra marketlər həmin məhsullara görə sənəd tələb edəcəklər:

“2016-cı ildə əldə olunan məhsullar üzrə bu sənədi verə bilməyəcəklər. Heç olmasa, Vergi Məcəlləsində bu barədə keçid müddəa qoyulmalı idi ki, sahibkarlar bu cür problemlərlə üzləşməsinlər. Yanaşma düzgün deyil. Xatırlayırsınızsa, 2016-cı ilin əvvəlində belə bir hadisə təkrarlanmışdı və bu zaman yalnız cənab Prezidentin məsələyə müdaxiləsindən sonra problem həll olundu.

Yaxın keçmişdə bir sıra ölkələrdə mühasibat və vergi uçotunda  radikal dəyişiklik aparılmadan öncə uçot subyektlərinə yeni qaydaları tətbiq etmək üçün keçid dövrü kimi kifayət qədər vaxt verilmişdi. Buna misal kimi keçmiş sovet blokuna daxil olan Şərqi Avropa ölkələrini, BƏƏ-ni göstərmək olar.

Bu keçid dövrü ərzində dəyişiklik üçün zəmin hazırlanmış, treninqlər keçirilmiş və yalnız sonra həmin dəyişikliklər qüvvəyə minmişdi. Təbii ki, yeni qaydalar qüvvəyə mindikdən sonra həmin qaydaların pozulmasına görə sərt cəza tədbirləri də tətbiq olunub”.

V.Əliyev hesab edirik ki, hazırkı şəraitdə keçid dövrü azı bir il müəyyən edilməli, bu dövrdə bütün sahibkarlıq subyektləri uçota alınması təmin edilməli, məhsulun istehsalından və ya idxalından başlayaraq istehlakçıya çatdırılmasına qədər zəncirin bütün halqalarında sənədli rəsmiləşmə təmin edildikdən sonra qaydaları pozanlara qarşı sərt cəza tədbirlərinin həyata keçirilməsinə başlanılmalı idi.

SIDEBAR ICERIKLERI