Ara 27 16

Mələkxanım Əyyubovaya ağır itki

admin
3

Mələkxanım Əyyubovaya ağır itki

Xalq artisti Mələkxanım Əyyubovanın anası dünyasını dəyişib.

Melumatlar.Net-in Axsam.az-a istinadən məlumatına görə, bu barədə muğam ifaçısı özü xəbər verib.

“Dünyada ən əziz varlıq anadır. Mən anamı itirdim. Allah ölənlərinizə rəhmət eləsin. Anam Höküməxanımın yeri cənnət olsun. Amin”, – deyə M.Əyyubova qeyd edib.

Qeyd edək ki, Höküməxanım, eyni zamanda, müğənni Ramal İsrafilovun nənəsidir.

Allah rəhmət eləsin!

Ara 27 16

Dəniz sahilində gəzinti tənha ananın zorlanması ilə nəticələnib

admin
2

Dəniz sahilində gəzinti tənha ananın zorlanması ilə nəticələnib

Zorlama hadisəsi ilə bağlı növbəti ərizə Xəzər rayon Polis İdarəsinə ötən bazar günü daxil olub.

Melumatlar.Net Oxu.Az-a istinaden xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən Sputnik-ə verilən məlumata görə, dekabrın 25-də, 1992-ci il təvəllüdlü Z.A. polis idarəsinə müraciət edib.

O bildirib ki, dekabrın 23-ü saat 21:00-da Mərdəkan qəsəbəsində, dəniz sahilində ona 1993-cü il təvəllüdlü T.C. təcavüz edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, zərərçəkən boşanıb və azyaşlı uşaq böyüdür. 24 yaşlı qadın etiraf edib ki, gənc oğlanla uzunmüddətli münasibətlər qurmaq ümidi ilə tanış olub.

Oğlan onu öz avtomobilinə oturdub və dəniz sahilində gəzməyi təklif edib. O, söz verib ki, sadəcə ulduzların altında söhbət edəcəklər. Qadın da razılaşıb. Lakin dəniz sahilində oğlan onunla yaxınlıq etmək istəyib. Zərərçəkən müqavimət göstərməyə çalışsa da, bu heç bir nəticə verməyib.

İş üzrə materiallar rayon prokurorluğuna göndərilib.

Ara 27 16

Həmin bölgədən 2012-ci ildən bəri davamlı olaraq siqnalların gəlməsi alimlərin diqqətini özünə cəlb edib

admin
1

Elm adamları kosmosdan altı siqnal aldıqlarını bildiriblər. Həmin bölgədən 2012-ci ildən bəri davamlı olaraq siqnalların gəlməsi alimlərin diqqətini özünə cəlb edib. Vəziyyət belə olduqda hər kəsin ağlına ilk növbədə yadplanetlilər gəlir.

Bildiyiniz kimi alimlər artıq uzun zamandan bəri qalaktikada insan cəmiyyətindən başqa yaşayışın olub-olmaması haqda araşdırma aparmaqdadır. 2012-ci ildən bu günədək belə davamlı siqnalın alınması dünyadan başqa planetlərdə də yaşamın olması fikrini bir qədər güclədirir. Araşdırmaçılar 4 ildə 17 belə siqnal aldıqlarını bildirirlər. Onların dünyadan kənarda ayrı yaşayış şəraitinə sahib varlıqlar fikri belə siqnallardan sonra daha da güclənib.

ABŞ-dakı Green Bank teleskopu ilə ortaya çıxan bu siqnalların nə mənaya gəldiyini demək hələ ki, mümkün deyil, ancaq bu siqnalların başqa səbəblərdən də ortaya çıxması faktı da ehtimal olunur. Ehtimala görə bu siqnallar təbii səbəblərdən ortaya çıxan radio dalğaları da ola bilər.

Bundan əlavə Fast Radio Bursts (FRBs) olaraq adlandırılan bu siqnalların, təbii yollardan əmələ gəlməyəcək qədər böyük enerjiyə sahib olduğu vurğulanarkən, elm adamları başqa bir qalaktikada yaşayan və bizə siqnallar göndərən yad bir mədəniyyətin olduğu haqda müzakirələr aparırlar.

Gələcəkdə bununla bağlı hansı hadisələrə rast gələcəyimiz isə hamının diqqətini cəlb etməkdə davam edir.

Ara 26 16

Azərbaycanın ən böyük ticarət mərkəzləri bağlanır?

admin
sederek

Azərbaycanın ən böyük ticarət mərkəzləri bağlanır?

Dünyada iqtisadi böhran, balaşma tüğyan etdikcə, zərər görən təkcə sadə insanlar, əhalinin kasıb təbəqəsi, alıcılar olmur, əlbəttə ki, bahalaşmanın dadını bəlkə də kasıblardan çox varlı təbəqə, imkanlılar, vəzifəlilər, “biznesmen”lər, iş adamları hiss edir və edəcək də. Çünki kasıb üçün onsuz da elə böyük dəyişim olmur, uzaqbaşı ayda bir dəfə yox, 3 ayda bir dəfə dilinə ət dəyəcək, hər gün yox, həftədə bir dəfə meyvə yeyəcək. Əli pulla oynamağa öyrəşmiş, hər gün cibinə, seyfinə sərvət girməyə vərdiş etmiş varlılar isə bu bahalaşmanın necə deyərlər əməlli-başlı “acı dadını” hiss edəcəklər.

Necə ki, ölkədə ilk devalvasiya baş verdiyində də ilk olaraq biznes adamları, ticarətçilər zərər gördü. Ticarət mərkəzlərində alver zəiflədi və bu səbəbdən də çox sayda mağaza fəaliyyətini dayandırmağa məcbur oldu, əksər ticarətçilər iflasa uğradılar. Ölkəmizin ən böyük bazarlarından olan “Binə” və “Sədərək” ticarət mərkəzlərindəki mağazaların yarıdan çoxusu bağlandı.

Melumatlar.Net Modern.az-a istinadən xəbər verir ki, elə indi də həmin ticarət mərkəzlərində vəziyyət ürəkaçan deyil. Əvvəllər iynə atsan yerə düşməyən bazarlarda indi sanki lələ köçüb, yurdu qalıb. Mağaza sahibləri soyuqdan əllərini ovuşdura-ovuşdura gözlərini müştəri yoluna dikiblər. Kimisi oturduğu yerdə mürgüləyir, kimisi rəflərdə toz basmış malları təmizləyir, kimisi də nərd, domino oynayaraq günlərini yola verirlər. Əvvəllər alıcı əlindən tərpənmək mümkün olmayan sıralarda indi tək-tük insan gözə dəyir. Onlar da sadəcə ya baxaraq, ya da qiymət soruşaraq keçib gedirlər.

“Sədərək” ticarət mərkəzinin “Şiniyyat” adlanan hissəsindəki mağazaların sahiblərindən biri açıqlamasında vəziyyətlərinin gündən-günə daha da ağırlaşdığını deyir:

“Bu gün 50 manata satdığımız malda 5 manat qazanırıqsa, sabah həmin 50 manatlıq malda 5 manat zərər edirik. Bazara gələnlərin sayı xeyli azalıb, qiymətlərdə artım var deyə insanlar istədiklərini ala bilmirlər. Biz əsasən topdan alver edirik, topdançı da apardığı maldan günlərlə heç nə sata bilmir. Nəinki satmaq, heç siftə belə etmək mümkün olmur və bu vəziyyətdə də təkrar gəlib, bizdən mal apara bilmir. Əvvəllər bizdən malı Ptiqorski, Gurcüstan, Dağıstan, Maxaçkala daşıyırdı, indi ancaq ümid özümüzə qalıb. Özümüz də bu gündə… Nə qədər ki, dollar artan sürətlə gedir, vəziyyətimiz bundan da pis olacaq. Yadıma rəhmətlik Baba Punhanın şeri düşdü:

“İtim, gəl dur önümdə, gəl başına dönüm də,

Sən Punhanın günündə, Pünhan da it günündə…”

Mağaza sahibi onu da bildirir ki, yanvar ayından başlayaraq mağazaların çoxu fəaliyyətini dayandıracaq:

“İndi “sezondu”, əslində bu vaxtlar əlimizdə olan malı təmizləməkdən ötrü hamımız mağazamızda otururuq. Ancaq belə getsə, yanvar ayından mağazaların çoxu bağlanmağa başlayacaq.

Həm də bir məsələ var ki, mağazamızı bağlayıb, buradan çıxıb hara gedəcəyik, başqa yerdə iş varmı bəyəm? Yenə burada iki gundən bir olsa da bir mal satıb yeyirik. Ancaq üstümüzə borc yığırıq. Bazardan çıxan uşaqlar da ancaq taksi sürürlər”.

Ara 26 16

Tarif Şurasından işıq və qaz pulu ilə bağlı açıqlama

admin
isiq-qaz

Tarif Şurasından işıq və qaz pulu ilə bağlı açıqlama

Təbii qaz və elektrik enerjisinin istifadəsinə tətbiq olunan güzəştli limitin artırılması təkcə əhalinin aztəminatlı təbəqəsinə yox, orta təbəqəyə də müsbət təsir göstərəcək.

Melumatlar.Net – oxu.az-a istinaden xəbər verir ki, bunu Trend-ə Tarif (qiymət) Şurasının katibinin müavini Ceyhun Nəcəfov deyib.

Onun sözlərinə görə, limit həddinin yüksəldilməsi nəticəsində elektrik enerjisindən istifadə edən güzəştli istehlakçıların sayı ölkə əhalisinin 80 faizini, qazdan istifadə edən güzəştli istehlakçılar isə 75 faizini təşkil edəcək.

C.Nəcəfov deyib: “Daha əvvəl qaz və elektrik enerjisi tarifləri artımının toxunmadığı əhali sayı müvafiq olaraq 62 və 72 faiz təşkil edirdi. Limitin artırılması nəticəsində elektrik enerjisindən istifadə edən beş istifadəçidən dördü və qazdan istifadə edən dörd istifadəçidən üçü tarif artımından azad olacaq. Tarif artımının şamil olunduğu insanlar isə limitin artırılması ilə əlaqədar öz vəsaitlərinə qənaət edə bilər”.

Ara 26 16

“Qara bazarda” dollar bahalaşıb

admin
Äîëëàðû âî âðåìÿ àêöèè "ÑÁÓ, âûâåäè êîððóïöèîíåðîâ èç ìåäóíèâåðñèòåòà â íàðó÷íèêàõ" âîçëå çäàíèÿ ÑÁÓ â Êèåâå, 2 äåêàáðÿ 2015 ã. Ôîòî Íóæíåíêî Ñåðãåé / ÓÍÈÀÍ

“Qara bazarda” dollar bahalaşıb

Bakıdakı “qara bazar”larda dolların bir qədər də qalxdığı bildirilir.

Melumatlar.Net marja.az-a istinadən xəbər verir ki, “Qara bazar”da dolların alış qiyməti 1.92 manata, satış qiyməti isə 1.94 manata qalxıb.

Xatırladaq ki, ötən günə qədər “qara bazar”da dollar 1.93 manata satılırdı.

Ara 26 16

Mərkəzi Bank manatın məzənnəsini açıqladı – SİYAHI

admin
manat

Mərkəzi Bank manatın məzənnəsini açıqladı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan məzənnəsini açıqlayıb.

Oxu.Az xəbər verir ki, dekabrın 26-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi dekabrın 23-ü ilə müqayisədə dəyişməyərək 1,7622 manatda qalıb, avro/manat məzənnəsi isə 1,8438  manata qalxıb.

Dekabrın 23-də 1 dollar 1,7622 manata, 1 avro isə 1,8412 manata bərabər idi.

Qeyd edək ki, USD/AZN rəsmi məzənnəsi bu ilin 25 may tarixində 1,4900 səviyyəsinədək düşmüş, 23 dekabr tarixində isə 1,7622 səviyyəsinədək qalxmışdır.

Ara 26 16

“Metropark”da faciə: 6 yaşlı qızın barmağı qopub

admin
1

“Metropark”da faciə: 6 yaşlı qızın barmağı qopub

Bakı şəhəri, Nərimanov rayonunda yeləşən “Metropark” ticarət mərkəzində bədbəxt hadisə baş verib.

Oxu.Az xəbər verir ki, Nərimanov Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, ticarət mərkəzində eskalatorla hərəkət edən 6 yaşlı A.B. adlı qız ağır xəsarət alıb.

Belə ki, 2010-cu il təvəllüdlü uşağın ayağı eskalatora ilişib və barmağının bir hissəsi qopub. Azyaşlı xəstəxanaya çatdırılıb, onun ayağının bir barmağı amputasiya olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

E.Ə.
oxu.az

Ara 26 16

2017-ci ildə Türkiyəni gözləyən QORXUNC PROQNOZ

admin
azzzzzzzzzzzzzzzzzzzzzzzzzz

XVI əsrin ən məşhur öncəgörəni və ekstrasensi sayılan Nostradamus 2017-ci illə bağlı da öz proqnozlarını verib.

Məşhur ekstrasensin 2017 və sonrakı illərlə bağlı proqnozlarını təqdim edir.

2017-ci il – Türkiyə ilə İran arasında müharibə başlayacaq və farslar bu müharibədən qalib ayrılacaqlar. Eyni zamanda müsəlman və xristian dünyasının qarşıdurması daha da dərinləşəcək.
Almaniya və Fransanın liderləri dəyişəcək. Fransa ciddi su qıtlığı ilə üzləşəcək.

2018-ci il – Çin dünyanın hegemonu olacaq.

2028-ci il – Yeni enerji mənbəyi yaranacaq. Aclıq keçmişdə qalacaq. Veneraya idarə olunan kosmik gəmi göndəriləcək.

2046-cı il – İstənilən insan orqanları əkilə biləcək. Orqanların dəyişməsi tibdə yeni müalicə üsulu olacaq.

2066-cı il – Müsəlmanların hökmranlıq etdiyi Romaya hücuma cavab olaraq ABŞ yeni silahın – iqlim silahının sınağını həyata keçirəcək. Dünyada kəsin soyuqlaşma olacaq.

2183-cü il – Marsdakı insan koloniyası Yerdən müstəqillik tələb edəcək və nüvə silahına sahib olacaq.

2279-cu il – İnsanlar heç nədən (qara dəlik yaxud vaakumdan) enerji əldə edə biləcəklər.

2480-ci il – İki süni Günəş toqquşacaq və Yer alatoranlıq içində olacaq.

3797-ci il – Yerdə bütün canlılar məhv olacaq, lakin bəşəriyyət başqa ulduz sisteminə köçərək yenidən yaşayacaq.

/// modern.az

Ara 26 16

Qara dənizə düşən təyyarə ilə bağlı dünyanı sarsıdan İDDİA

admin
1482752609_0ae5cfe753edeff5d833813ff0352540
Rusiyanın Qara dənizdə qəzaya uğradığı deyilən Tu-154 təyyarəsi qaçırılıb.
Bu iddia ilə Rusiya Aviasiya Birliklərinin Koordinasiya Mərkəzinin keçmiş rəhbəri Vitaliy Andreyev çıxış edib.
Aviasiya sahəsində 47 illik təcrübəsi olan V.Andreyev hesab edir ki, Tu-154 təyyarəsinin qəzadan öncə yardım siqnalı göndərməməsi gözlənilməz hadisənin baş verdiyini göstərir.
“Havaya qalxdıqdan və iki dəqiqəlik qısa uçuşdan sonra təyyarənin nasazlıqla bağlı heç bir siqnal göndərmədən radardan itməsi orada gözləmədiyimiz bir hadisənin baş verdiyi ehtimalını artırır. Ya kənardan təsirə məruz qalıb, ya da əvvəllər görmədikləri bir maneə ilə qarşılaşıblar. Tu-154 etibarlı təyyarədir, onun bu cür yoxa çıxması şübhəlidir”, – deyə o bildirib.
V.Andreyev diqqətə çatdırıb ki, özünün işlədiyi dövrdə Tu-154 təyyarəsinin motorunun hamısının pozulmasına baxmayaraq, yerə enə bildiyinin şahidi olub: “Digər bir versiya kimi deyə bilərəm ki, təyyarə Tayqada uzun müddət istifadə olunmamış bir aerodroma enə bilər. Təyyarənin köhnə olması, yaxud idarəni itirməsi kimi səbəblər heyətin kömək siqnalını göndərməsinə mane ola bilməzdi. Deməli, gözlənilməz hadisə baş verib. Təcrübəmə istinadən deyə bilərəm ki, bu cür vəziyyətlərdə təyyarənin ələ keçirildiyi fikri önə çıxır”.(Publika.az)
Kas 25 16

Ölülər üçün tanışlıq saytı

admin
ghost_singles-portada

www.ghostsingles.com – Ruhlar üçün tanışlıq saytı olaraq fəaliyyətə başlayıb. “Qaydalar və şərtlər” bölməsində yazılanlara görə, saytda qaydaları pozan ruhlar cəhənnəmə getməyi qəbul edirlər.

Kas 25 16

Jackie Chan’in oğluna qalacaq miras

admin
jackie-chan-son-arrest

Jackie Chan öldükdən sonra bütün pulunu bir xeyr təşkilatına bağışlayacağını açıqlamışdır. İndiyə qədər etdiyi işlərdən qazandığı $ 130 milyon dolların hamısını bağışlayacağını bəyan edən Jackie Chan’in oğluna yalnız atasından qalacaq miras onun soyadından başqa heç nə olmayacaqdır.

SIDEBAR ICERIKLERI