Ara 28 16

Rusiyadan dincəlməyə gələn 14 yaşlı qız Bakıda hamilə qaldı

admin
3

Rusiyanın Sankt-Peterburq şəhərində maraqlı hadisə baş verib.

Melumatlar.Net Modern.az-a istinadən xəbər verir ki, şəhərin Krasnoqvardeysk rayonunun 14 yaşlı sakininin hamilə olduğu aydınlaşıb.

Hamiləliyinin 13-cü həftəsində olan qızın avqust ayında Azərbaycanda istirahətdə olarkən tanış olduğu Ramazan adlı gənclə sevgi macərası yaşadığı bildirilir.

Yetkinlik yaşına çatmayan qızın anası polisə şikayət etməkdən imtina etsə də, Sankt-Peterburq polisi faktla bağlı cinayət işinə başlamaq barədə qərar verib.

Ara 28 16

Azərbaycanda meyitdən orqan köçürülməsinə başlanılacaq

admin
5

“Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın fəaliyyəti ölkədə meyitdən orqan köçürülməsinə təkan verəcək”.

Melumatlar.Net xəbər verir ki, bunu APA-ya Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

Onun sözlərinə görə, Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın əsas məqsədi Azərbaycanda transplantologiya işini daha da mükəmməlləşdirməkdən, mərkəzləşdirilmiş şəkildə Səhiyyə Nazirliyinin nəzarəti altında həyata keçirilməsini təmin etməkdən ibarətdir:

“Orqan çatışmazlığı olan xəstələr ölkə daxilində və xaricində müxtəlif həkimlərə müraciət ediblər. Nəticədə çox zaman onlar qeyri-peşəkar xidmət görürlər. Şuranın fəaliyyəti ilə əməliyyata, müalicəyə ehtiyacı olan xəstələr vaxtında peşəkar xidmət göstərilməsi üçün tibbi müəssisələrə yönləndiriləcək ki, onlara vaxtında lazımi peşəkar tibbi xidmət göstərilsin”.

Şura üzvü qeyd edib ki, əməliyyata ehtiyacı olan xəstələr siyahıya alınaraq, bu barədə Səhiyyə Nazirliyinə məlumat veriləcək:

“Artıq Şura mütəmadi toplanıb, görüşlər keçirir. Müəyyən məsələlər paket halında hazırlanıb, təkliflərlə birgə Səhiyyə Nazirliyinə təqdim olunub. Hazırda ölkədə nə qədər xəstəyə orqan köçürülməsi ilə bağlı bizdə konkret rəqəmlər yoxdur. Yaxın müddət ərzində belə xəstələrin sayı dəqiqləşdiriləcək və Şuranın işi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

M.Kazımi onu da bildirib ki, Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın sədri vəzifəsinə Mərkəzi Gömrük Hospitalının Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası işinin təşkili məqsədi ilə Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şura yaradılması məqsədi ilə əmr imzalayıb.

Əmrə əsasən, Şuranın tərkibi təsdiq edilib. Şuraya Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalar əsas götürülərək insan orqan və toxumalarının transplantasiyası işinin əlaqələndirilməsi, spesifik müayinələrin aparılması, transplantasiya əməliyyatlarının növbəlilik prinsipi əsasında həyata keçirilməsi işinin təşkilinin təmin edilməsi tapşırılıb. Şura transplantologiya işinin təkmilləşdirilməsi sahəsinə, habelə donor bankının yaradılması üzrə təklifləri Səhiyyə Nazirliyinə təqdim edəcək.

Ara 28 16

Prezident: İmkanlı insanlar daha çox ödəməlidirlər

admin
2

“Bu gün Bakıda “ASAN kommunal” mərkəzi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu ilin may ayında mən müvafiq Fərman imzalamışam. Fərmana əsasən, “ASAN kommunal” mərkəzləri yaradılmalı idi. Birinci mərkəz artıq fəaliyyətə başlayır. Mənə verilən məlumata görə, yaxın gələcəkdə növbəti mərkəz də açılacaq. Bu, çox gözəl təşəbbüsdür, növbəti layihədir.

“ASAN xidmət” öz fəaliyyətini genişləndirir. “ASAN xidmət”, o cümlədən “ASAN kommunal” mərkəzlərində ən yüksək xidmət göstərilir və göstəriləcək. Bina da çox yaraşıqlıdır, çox gözəldir. Vətəndaşlar üçün də yaxşı şərait yaradılıb. Həm burada işləyənlər, həm də vətəndaşlar üçün yaxşı şərait yaradılıb. Bu, ölkəmizin müasirliyini, inkişafını göstərir, bizim siyasətimizi əks etdirir”.

Melumatlar.Net “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında çıxışı zamanı deyib.

“Bildiyiniz kimi, bu yaxınlarda mənim göstərişimlə kommunal tariflərin həcminə düzəlişlər edilib. Bu da sırf sosial yanaşma idi. Çünki növbəti düzəlişdən sonra artıq vətəndaşların 75-80 faizi işıq və qaz pulunu köhnə tariflərlə ödəyəcək. Yəni, bu, o deməkdir ki, əhalimizin əksəriyyəti bu dəyişikliyi hiss etməyəcək, əksinə, görülmüş tədbirlər nəticəsində vətəndaşların sosial müdafiəsi gələn il daha da möhkəmlənəcək”, – dövlət başçısı bildirib.

Prezident bildirib ki, bu, sosial ədalət prinsipidir. İmkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər:

“Kiminsə imkanı azdır və ya məhduddur, yaxud da ki, orta təbəqənin nümayəndələridir, onlara dövlət daim güzəştlər edir. Hətta artırılmış tariflərin səviyyəsi qonşu ölkələrdə mövcud olan tariflərdən bir neçə dəfə aşağıdır. Buna baxmayaraq, yenə də qeyd etmək istəyirəm, biz növbəti addımı ataraq sosial müdafiəni daha da gücləndirmişik.

“ASAN xidmət” təşəbbüsü də sosial xarakter daşıyır. Çünki bu, vətəndaşlara göstərilən xidmətdir. Vətəndaşlar bu xidmətdən istifadə edərək heç bir çətinlik çəkmirlər. Təsadüfi deyil ki, “ASAN xidmət”in bəyənilmə əmsalı təxminən 100 faizə yaxındır. Yəni, bu, camaatın, insanların bu xidmətə verdikləri qiymətdir. Son bir neçə il ərzində 13 milyon müraciət olmuşdur. Yəni, bu, doğrudan da ölkəmizdə geniş vüsət alıb. Həm “ASAN xidmət”in coğrafi əhatəsi genişlənir, həm də funksiyaları artır. Artıq bizim 11 mərkəzimiz var. Onlardan altısı bölgələrdə yerləşir. Gələn il Quba və Mingəçevir şəhərlərində iki yeni mərkəz açılacaq. Gələn il, eyni zamanda, digər iki şəhərimizdə – Şəkidə və İmişlidə növbəti mərkəzlərin tikintisi başlanacaq.

“ASAN səyyar” xidməti göstərilir. Bu gün biz “ASAN qatar” sistemini də işə salacağıq. “ASAN viza” artıq fəaliyyət göstərir. Mənə verilən məlumata görə, artıq bu proses başlayır və əminəm ki, gələn il çox geniş vüsət alacaq. Bu da “ASAN”ın növbəti addımıdır. Beləliklə, “ASAN xidmət” öz fəaliyyətini genişləndirir. Mən bir neçə dəfə demişəm ki, “ASAN xidmət”də mövcud olan mədəniyyət, mədəni xidmət, qayda-qanun, nizam-intizam, şəffaflıq hər bir yerdə olmalıdır. Ona görə “ASAN xidmət” hər bir sahədə öz təsirini göstərməlidir və göstərir.

Əslində, bu sistemin yaradılması ictimai xidmətlər və ictimai münasibətlər sahəsində bir inqilab idi. Bu, özlüyündə böyük bir irəliləyiş, böyük bir yenilikdir. Ancaq “ASAN xidmət”in təsiri təkcə bundan ibarət deyil, bu mərkəzlərdə göstərilən xidmətlərlə məhdudlaşmır. “ASAN xidmət”, ümumiyyətlə, vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. Bax, “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir. Vətəndaşlar da bu xidməti çox bəyənirlər və gözləyirlər ki, onların rayonlarında da “ASAN xidmət” mərkəzləri açılacaq. Biz bunu tədricən edəcəyik. Bizim planlarımıza görə, 2018-ci ildə ölkəmizdə, yəni, rayonlarda 10 mərkəz yaradılacaq. Ondan sonra bu proses daha da sürətlə gedəcək.

“ASAN viza”ya gəldikdə isə bunun yaradılması da əslində bir zərurət idi. Çünki biz çalışırıq ki, Azərbaycana daha çox turist gəlsin. Həm ölkəmizi tanısın, həm də ölkəmiz haqqında düzgün məlumat alsın. Eyni zamanda, bu, ölkə iqtisadiyyatına da böyük töhfədir. Həm otellər, həm də ictimai yerlər işləyir, deməli, ölkəmizə valyuta gəlir. Ancaq dəfələrlə eşitmişdim ki, Azərbaycana gəlmək üçün viza almaq böyük problemdir. Çünki vizalarla bağlı vəziyyət bizi qane edə bilməzdi. Həm pozuntular kifayət qədər çox idi, həm əsassız tələblər irəli sürülürdü. Ümumiyyətlə, Azərbaycana gəlmək üçün insanlar gərək aylarla növbə tutaydılar, gedib başqa şəhərlərdə bizim səfirliklərdə, konsulluqlarda növbədə dayanaydılar, hələ onlara viza verilib-verilməyəcəyi bəlli deyildi. Ona görə bu məsələni birdəfəlik həll etmək üçün “ASAN viza” yaradıldı və indi istənilən vətəndaş üç gün ərzində Azərbaycana gələ bilər. Mənə verilən məlumata görə, bu il, – hətta “ASAN viza” hələ işə düşməmiş, – Azərbaycana gələn turistlərin sayı təxminən 10 faiz artıb. Bəzi ölkələr var ki, o ölkələrdən gələnlərin sayı 30-40 dəfə artmışdır. 2017-ci ildə bu proses daha da sürətlə gedəcək.

2016-cı ilin sonunda bu yeni mərkəzi ziyarət edərkən bir daha görürəm ki, bizim təşəbbüslərimiz bu gün reallığa çevrilir, siyasətimiz konkret işlərdə özünü göstərir. Bu, belə də olmalıdır. Düzgün göstərişlər verilib, ancaq gərək yerlərdə də onlar icra edilsin. Mən bu mərkəzlərin, – 11 mərkəzin, bu, 12-cisidir, – hamısının açılışında olmuşam. Mən bu açılışlara gəlməyimlə bu hərəkata bir daha öz dəstəyimi göstərirəm və sizin fəaliyyətinizə yüksək qiymətimi ifadə edirəm.

Əlbəttə ki, biz “ASAN xidmət”i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. “ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq könüllülər hərəkatı nədir, onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır. Mənə verilən məlumata görə, 10 min gənc artıq könüllü kimi “ASAN xidmət” mərkəzlərində işləyib və bu insanların bir çoxu bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışırlar. Hazırda bütün bu mərkəzlərdə 700-dən çox könüllü fəaliyyət göstərir. İki il bundan əvvəl mən könüllülərin birinci toplantısında onlarla görüşmüşdüm.

Nəhayət, bu mərkəzlərin bir xüsusiyyəti də var ki, burada iş yerləri açılır. Bu mərkəzdə təxminən yüzə qədər yeni iş yeri açılır. İşləyənlərin demək olar ki, hamısı gənclərdir və onların əksəriyyəti qadınlar, qızlardır. Bu da məni çox sevindirir. Çünki bizdə qadınlar da işlə təmin olunmalıdırlar. Beləliklə, biz həm işsizliklə bağlı uğurla mübarizə aparmış oluruq, həm də ki, qadınlar cəmiyyətimizin fəal üzvləri kimi dövlətimizə xidmət göstərmiş olurlar.

Mən sizi bu mərkəzin açılışı münasibətilə təbrik edirəm. Qarşıdan gələn Yeni il bayramı, Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə sizi təbrik edirəm və yeni uğurlar arzulayıram”.

Ara 27 16

Bakıda qaz kəmərində güclü partlayış – YENILENIB

admin
img_0424

Bakıda qaz kəmərində güclü partlayış – YENILENIB

12/27/2016
Bakıda qaz kəmərində güclü partlayış – YENİLƏNİB
Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş verən yanğın tam söndürülüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında başlayan yanğının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əraziyə cəlb edilən 6 texnikası və canlı qüvvənin köməkliyi ilə yanğın tam məhdudlaşıdırılıb.

Qeyd edək ki, SOCAR-dan verilən məlumata görə yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılıb, xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb.

12:21

Bakının Qaradağ rayonu ərazisində bu gün səhər saatlarında iki qaz xəttində baş vermiş partlayış nəticəsində başlayan yanğın davam edir.

Oxu.Az xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Massiv 3” adlanan yaşayış sahəsinin ərazisində baş verən güclü partlayış nəticəsində yaxınlıqda olan yaşayış evlərinin şüşələri sınıb, dam örtükləri qırılıb.

Partlayış baş verən ərazinin 300 metrliyində polis postu qurulub. Media nümayəndələri təhlükəsizlik məqsədilə əraziyə buraxılmır.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası yanğının qarşısını almaq üçün tədbirləri davam etdirir.

11:25

Bakıda qaz kəmərində baş verən partlayış nəticəsində xəsarət alan olmayıb.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Məlumatda bildirilib ki, hadisə qaz kəmərinin Bakı-Ələt yolunun 43-cü kilometrliyində, dağlıq ərazidən keçən hissəsində qeydə alınıb. Əraziyə FHN-in 5 yanğınsöndürən texnikası cəlb edilib.

Məlumata görə, əvvəlcə partlayış müşahidə edilib, daha sonra yanğın olub.

“Hadisə yaşayış məntəqələrinə yaxın ərazidə qeydə alınmadığından, xəsarət alan və ya təxliyə olunan olmayıb”, – FHN-dən bildirilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

11:05

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, hadisə Səngəçal qəsəbəsinin Əzimkənd adlı ərazisində “Azəriqaz”ın Qaz İxracı İdarəsinin kompressor stansiyasında baş verib.

Mirvari Qəhrəmanlı vurğulayıb ki, alov evlərə sirayət edib.

Xəsarət alanlar barədə araşdırma aparılır.

Partlayış güclü olduğundan alov bir neçə metr hündürlüyə qalxıb.

Ara 27 16

Dolların məzənnəsi rekordu yenilədi

admin
Доллары USA

Dolların məzənnəsi rekordu yenilədi
Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 28-ə olan USD/AZN məzənnəni açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN məzənnəsi dekabrın 28-də 1,7662 AZN/USD səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin daha 0,28% bahalaşması deməkdir.

Qeyd edək ki, bu dolların məzənnəsində yeni rekord hesab olunur. Belə ki, dekabrın 27-də isə AZN/USD məzənnəsi isə 1,7622 manat səviyyəsində müəyyən edilmişdi.

Ara 27 16

2016-cı ildə yaddaşlarda iz buraxan qaradərili gözəllər – FOTOLAR

admin
12

Moda və gözəllik dünyası artıq “90-60-90” standartlarına görə hərəkət etmir. Yəni müasir tendensiyaların nəticəsində reklam çarxlarında istənilən rəng və ölçüdə modelləri görə bilərik.

Publika.az “The Daily Beast” nəşrinə istinadən gözəllik idealına fərqli baxışı təsdiqləyən statistikanı təqdim edir.

Qaradərililərin moda dünyasında iştirakında rekord artım

Fashion Spotun illik analizinə nəzər salsaq, 2016-cı ildə dəb jurnallarının 29%-nin üz qabığını qaradərili qızlar bəzəyib. Bu rekord göstəricidir.

Oktyabr ayında Fashion Spot Nyu-York, Milan, ParisLondonda keçirilən Yüksək Moda həftəsini təhlil edib: Podiuma çıxan modellərin 25,4 faizi qaradərili olub. Bu, moda tarixində ən yüksək göstəricidir.

Ara 27 16

Məşhur aparıcı gizlincə ərə getdi – foto

admin
99

“NTV Spor” telekanalındakı aparıcılığı ilə tanınan Dilara Gönder gizlincə ərə gedib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, bu barədə İnstaqram səhifəsində bildirib.

Sloveniyada toyu olan Dilara həyat yoldaşı ilə fotosunu paylaşaraq, yazıb:

“Sevdiyi, aşiq olduğum. Yaxşı ki, gəldin, həyatıma. Xoşgəldin, həyat yoldaşım”.

Xatırladaq ki, Türkiyənin məşhur qadın idman aparıcısı TRT1-də yayımlanan “Baba candır” serialına çəkilib. Bundan başqa, o, “Ne Diyosun” və “Sil Baştan” seriallarında da aktrisa kimi özünü sınayıb.

Ara 27 16

Türkiyə mediasına ŞOK QADAĞA

admin
88

Ankara məhkəməsi Türkiyə kütləvi informasiya vasitələrinə Rusiya səfiri Andrey Karlovun qətli ilə bağlı istintaqı işıqlandırmağı qadağan edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, məhkəmə istintaq başa çatmayanadək A.Karlovun qətli ilə bağlı məlumat yerləşdirilməsini yasaqlayıb.

Qadağa cinayətdə şübhəli bilinən və əli olanlar, həmçinin hücum anını əks etdirən şəkillərə də şamil edilir.

Ara 27 16

Günün qoroskopu: başladığınız işləri başa vurun

admin
77

Melumatlar.Net’in Milli.Az-a istinaden melumatina gore dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç – maraqlı ünsiyyət vəd edən gündür. Dəvət aldığınız toplantı və tədbirlərə qatılın. Günlə bağlı xüsusi planlarınız varsa, mütləq yerinə yetirin.

Buğa – bir qədər əvvəl başladığınız işləri başa vurun. Yeniliklər və eksperimentlər zamanı deyil. Günün ikinci yarısında maliyyə məsələlərindəki qeyri-müəyyənlik səhhətinizə təsir edə bilər.

Əkizlər – tam bələd və ya əmin olmadığınız mövzunu inkişaf etdirməkdən çəkinin. Qüvvə toplayın. Sabah sizi ağır gün gözləyir. Alış-verişi təxirə salın.

Xərçəng – qarışıq, laübəli, mürəkkəb gündür. Münasibətləri gərginləşdirməmək və ya nəyisə pozmamaq üçün ehtiyatlı davranın. Cari dəyişikliklərdən gözlənilməz şəkildə fayda əldə edə bilərsiniz.

Şir – bəzi hadisələr istədiyiniz kimi alınmayacaq və vəziyyəti daha da korlayacaq. Günün ikinci yarısı istirahəti təxirə salaraq çalışın. Planlaşdırdığınız işlə məşğul olun. Sizi işdən yayındırmaq cəhdlərinə uymayın. Axşam saatlarında ruhlana bilərsiniz.

Qız – müştərək əmlakla bağlı məsələləri həll etmək, gəlir bölmək, hüquq-mühafizə orqanlarına müraciət etmək üçün əlverişli gün deyil. İnternetdə çox vaxt keçirməyin, münasibətləri aydınlaşdırmayın, suallara cavab aramayın.

Tərəzi – səhvləri sürətlə aradan qaldırın. Sizdən yardım istəyən insana kömək edin. Şəxsi işlərin həllinə vaxt çatmaya bilər. Axşam saatlarını sevdiyiniz insana qayğıya həsr edin.

Əqrəb – baş verənlər təsadüf deyil. Ötənlərdəki əməllərinizdən biri indiki olayların nəticələri ilə bağlıdır. Tərəfdaşla səmimi olun, kimsəni aldatmayın.

Oxatan – güclü marağınıza, nigaranlığınıza və ya təlaşınıza səbəb ola biləcək hadisə baş verə bilər. Cavab verməyə tələsməyin. Vəziyyətin ayndınlaşmasını gözləyin.

Oğlaq – mənfiliyə köklənməyin. Qəfil xəbər hissiyatınızı artıra bilər. Cavab reaksiyasında tələskənliyə yol verməyin.

Dolça – görüş və ya əyləncəni təxirə salın. Yaxın ətrafınızdakı insanlarda sizinlə bağlı ifrat gözləntilər var. Günün ikinci yarısında insanların sözləriniz və hərəkətlərinizə reaksiyasına diqqətlə fikir verin.

Balıqlar – ötən günlərin gərginliyini aradan qaldırmaq üçün aktiv çalışın. Uzunmüddətli və monoton səylər tələb etməyən işlərə tez başlayaraq, tez başa vurun.

Ara 27 16

Ancelina və Bred çıxılmaz vəziyyətdə

admin
66

Aktyor Bred Pitt və aktrisa Ancelina Colinin taleyi böyük oğlu Meddoksun əlindədir.

Axşam.az-ın xariciKİV-ə istinadən məlumatına görə, gördüklərini kameraya çəkməyi sevən Meddoks anası ilə atasının dalaşdığı anları kameranın yaddaşına həkk edib.

İndi 15 yaşlı uşaq bu görüntüləri ictimailəşdirsə, Bred Pitt üçün heç də yaxşı olmayacağı bildirilib.

Ailəyə yaxın insanlar Colinin də bu görüntülərin yayılmasında maraqlı olmadığını vurğulayıb.

Qeyd edək ki, Hollivud ulduzu A. Coli həyat yoldaşı B. Pittdən boşanma üçün məhkəməyə müraciət edib. O, 6 uşaq üzərində tam himayədarlığı öz üzərində götürmək istəyir.

Ara 27 16

Qara dənizə düşən təyyarədə 93 nəfər olub – YENİLƏNİB

admin
55

Qara dənizə düşən təyyarədə 93 nəfər olub – YENİLƏNİB

Qara dəniz sahillərində qəzaya uğramış Rusiya təyyarəsinin daha 5 sərnişininin meyiti aşkar edilib. Beləliklə, meyiti tapılanların ümumi sayı 12 nəfərə çatıb.

Melumatlar.Net Report-a istinadən xəbər verir ki, bu barədə öz mənbəsinə istinadən RİA Novosti məlumat yayıb.

“Daha 5 nəfərin meyiti aşkar edilib. Beləliklə, meyiti tapılanların ümumi sayı 12 nəfərə çatıb. Axtarış işləri davam etdirilir”, – deyə mənbə bildirib.

TASS-ın Rusiyanın nəqliyyat naziri Maksim Sokolova istinadən verdiyi xəbərə görə, “Tu-154” təyyarəsinin qəzasının araşdırılması üzrə hökumət komissiyasında hadisə zamanı sağ qalanlar barədə hələlik məlumat yoxdur.

13:45

Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən “Tu-154” tipli təyyarəsində 93 nəfərin olduğu müəyyənləşdirilib.

Melumatlar.Net APA-ya istinadən xəbər verir ki, həmin şəxslərin adları Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

Sərnişinlər arasında “Həkim Liza” kimi məşhur olan Yelizaveta Qlinka, Rusiya Müdafiə Nazirliyinin Mədəniyyət idarəsinin rəisi Anton Qubankov, Aleksandrov adına ansamblın rəhbəri Valeriy Xəlilov da var.

Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi İqor Konaşenkov jurnalistlərə açıqlamasında təyyarənin yerli vaxtla saat 05.25 (Bakı vaxtı ilə saat 06.25) radələrində Soçinin Adler aerodromundan havaya qalxdığını, saat 05.27 (Bakı vaxtı ilə saat 05.27) radələrində radarlardan itdiyini bildirib.

09:15

Rusiyanın göyərtəsində 91 nəfərin olduğu hərbi təyyarəsi Krasnodarda qəzaya uğrayıb.

Melumatlar.Net Report-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

09:00

Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçidən uçuş edərkən radarlardan itib.

Melumatlar.Net APA-ya istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 70-dək insan olub.

İlkin məlumata görə, təyyarə Suriyanın Latakiya bölgəsinə uçurmuş.

Məlumata görə, təyyarə havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib.

Ara 27 16

Falçıya inandı, başına iş açdı

admin
11

Falçıya inandı, başına iş açdı

Sevdiyi qızla barışmaq üçün falçıya müraciət edən gənc əks effektlə üzləşib.

Melumatlar.Net-in xezerxeber.az-a istinadən məlumatına görə, tragikomik hadisə Bakıda baş verib.

23 yaşlı Elmin Məmmədov sevdiyi qızla arasındakı münasibətləri yaxşılaşdırmaq falçıdan dua yazmasını istəyib. Lakin bundan sonra vəziyyət daha da pisləşib.

E.Məmmədov bildirib ki, falçının adını və ünvanını dostlarından alıb.

Onun sözlərinə görə, falçı qardaşlardan biri “dua yazmaq”la, digəri isə “cadu etmək”lə məşğuldur.

Xəzər TV-nin əməkdaşları məsələni aydınlaşdırmaq üçün Binəqədi rayonu Biləcəri qəsəbəsindəki evində xidmət göstərən falçı qardaşlarının evinə üz tutublar. Lakin ev sahibləri iddiaçı ilə birlikdə müxbirlərə də qapıdan içəri girməyə imkan vermədilər.

Sonradan qapı arxasından sualları cavablandırmağa razılaşan 60 yaşlı falçı bildirib ki, bu iş onların ailə peşəsidir. Hətta atası babası belə bu işlə məşğul olub.

Onun sözlərinə görə, əvvəllər qardaşı ilə bu işlə məşğul olublar, lakin polisin xəbərdarlığından sonra əməllərindən əl çəkiblər.

SIDEBAR ICERIKLERI