Oca 4 17

Bakıda terrorçu olduğu deyilən şəxslə bağlı – RƏSMİ AÇIQLAMA

admin
15822589_1745858825440105_3867172003347145523_n

Ötən gün Suriyanın Hələb şəhərindən Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı.

Melumatlar.Net xəbər verir ki, “Qafqazinfo” hüquq-mühafizə orqanlarına istinadən məlumat dərc etmişdi ki, belə bir şəxsin olduğu ehtimal olunur və polis araşdırma aparır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib.

S. Gözəlov bildirib ki, həmin şəxs Özbəkistan vətəndaşıdır və itkin düşən şəxs kimi axtarışa verilib:

“Həmin şəxs 1992-ci il 26 avqust tarixində Özbəkistanın Daşkənd vilayətinin Zangiata rayonunda anadan olmuş Əhmədcanov Məhəmmədcan Akmalcan oğludur. O, 29.06.2016 tarixindən xəbərsiz itkin düşən şəxs kimi axtarışa verilib.

Onun Azərbaycanda olması ehtimal edildiyindən Özbəkistan tərəfindən bizə müaricət olunub. Həmin şəxs Özbəkistan vətəndaşıdır. Bir d ha xahiş edirik ki, KİV nümayəndələri bu cür məlumatları yayarkən dəqiqləşdirsinlər, ehtiyyatlı olsunlar”.

Oca 4 17

Dollar dünya valyutaları qarşısında rekord həddə bahalaşıb

admin
us_dollar_notes2_800x533_l_1411908754

Yanvarın 3-də ABŞ dollarının dünyanın aparıcı valyutaları sayılan avro, yapon yeni, ingilis funt-sterlinqi, Kanada dolları, İsveçrə frankı, İsveç kronu qarşısında məzənnəsi 2003-cü ildən bəri ən yüksək həddə çatıb.

Bu barədə Melumatlar.Net Report agentliyinə istinadən xəbər verir.

Məlumata görə, valyuta birjalarında 1 avro 1%-dən çox ucuzlaşaraq 1.0341 dollara bərabər olub. Sonuncu dəfə Avropanın vahid valyutası Amerika pulu qarşısında bu məzənnə ilə 2003-cü il yanvarın 3-də dəyişdirilib. Həmin gün 1 avronun qiyməti 1,034 dollar təşkil edib.

Ötən gün Yaponiyada 1 dollar 0,6% bahalaşaraq 118,6 yenə, Türkiyədə isə 1 dollar 1,7% bahalaşaraq 3,6 lirəyə bərabər olub.

Oca 4 17

Azərbaycan telekanalının rəhbərindən efirdə evlilik təklifi

admin
105836_eacr7lkh5u

“CBC Sport” telekanalının rəhbəri Volkan Üst keçmiş xanımı, türkiyəli aparıcı Özge Uzuna canlı yayımda yenidən evlilik təklifi edib.

Melumatlar.Net-ın Axsam.az-a istinadən məlumatına görə, 10 illik evliliklərini bitirən cütlük qısa müddət sonra yenidən birlikdə olmaq qərarına gəlib.

Özge Çağla Şikel və Alişanın “Hər şey dahil” verilişinə qonaq olan zaman Volkan Üst də proqrama qatılıb.

O, hər gecə xanımına dinlətdiyi musiqini studiyada çaldıraraq, “Mənimlə təkrar evlənərsən” deyə soruşub.

Evlilik təklifi qarşısında şok olan Özge “hə” cavabını verib.

Qeyd edək ki, onların bu evlilikdən iki övladı var.

 

http://oxu.az

Oca 3 17

10 başlıqda 2016-cı ildə dünyada baş verənlər

admin
2016

2016-cı il xeyli sayda tarixi hadisələrə səbəb oldu. İl ərzində baş vermiş ən diqqət çəkən hadisələri bir yerə toplamağa çalışdıq.

1. BÖYÜK BRİTANİYA AVROPA BİRLİYİNDƏN AYRILDId95224f-brexit-9[1]
2016-cı ilin ən çox müzakirə olunan siyasi hadisələrindən biri Böyük Britaniyanın referendum keçirərək Avropa Birliyindən ayrılıq qərarı verməsi idi. Referendumda əhalinin %53.4-i BREXİT üçün “Yes” deyərək tarixi qərar verdi. Bu qərar eyni zamanda Britaniyada milliyətçiliyin yüksəlişi, Qərbdə isə qlobalşşamağa qarşı lokallaşmağın güclənməsi olaraq dəyərləndirildi.

2. İŞİD TERRORLARIRTX1V4YA-1024x682[1]Suriyada vətəndaş müharibəsinin başlaması ilə birlikdə qlobal təhdidə çevirilən İŞİD bu il də dünyanın fərqli ölkələrində terror aktlarına davam etdi. Türkiyə, İraq, Suriya, Banqladeş və Belçika, Almaniya və Fransada baş verən terror aktlarında 1500-ə yaxın adam öldü.

3. DONALD TRUMP ABŞ PREZİDENTİ SEÇİLDİ512501530-republican-presidential-candidate-donald-trump-speaks.jpg.CROP.promo-xlarge2[1]Bu il həm də dünyanın super gücü ABŞ’da prezident seçkiləri keçirildi. Amerikanın prezidentliyə ilk qadın namizədi Hillary Clinton və irqçi, seksist mesajları ilə diqqət çəkən biznesmen Donald Trump arasında keçən qızğın yarışın qalibi Donald Trump oldu. Siyasi ekspertlər bu nəticənin Qərbdə radikal sağın yüksəlişi, qloballaşmanın zəifləyəcəyi olaraq dəyərləndirir.

4. TÜRKİYƏDƏ HƏRBİ ÇEVRİLİŞ CƏHDİ1957_8[1]İyul ayının 15-i illər sonra Türk Ordusu növbəti dəfə hərbi çevrilişə cəhd etdi. Ancaq 15 iyulda yaşananların əvvəlkilərdən fərqi orduda sızmış fəthullahçılar tərəfindən təşkil olunması idi. Yüz minlərlə insanın küçəyə çıxması ilə qarşısı alınan hərbi çevriliş cəhdi 247 nəfərin ölümünə səbəb olmuşdu.

5. KOLUMBİYADA DÖVLƏT VƏ FARC ARASINDA SÜLH3141[1]Azərbaycan xəbərlərində çox yer almış olmasa da, 2016-cı ilin ən vacib hadisələrindən biri marksist gerilla hərəkatı olan FARC ilə Kolumbiya höküməti arasında Kuba və Norveç vasitəçiliyi ilə sülh sazişi imzalandı. Uzun illərdir davam edən toqquşmalar nəhayət qarşılıqlı güzəştə gedilərək dayandırıldı.

6. CASTRO DÖVRÜ BİTDİ150304151657-01-fidel-castro-0304-restricted-super-169[1]Bütün dünya solçuları üçün Fidel Kastro imperializmə qarşı savaşan qəhrəman idi. Kuba inqilabının lideri 80 yaşında vəfat etdi. Onun Afrika xalqlarının apardığı mübarizəyə verdiyi dəstək, yoxsul ölkələrə göndərdiyi həkimlər və Kubada yaratdığı sosialist sistemlə yaddaşlarda qaldı. Hətta NYT qazeti Kastronun ölümü ilə birlikdə XXI rəsmən bitdiyini yazırdı.

7. ANKARADA RUSİYA SƏFİRİ ÖLDÜRÜLDÜ15541339_10154295988768865_4320205433339520529_n-1[1]19 dekabrda Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 23 yaşlı sui qəsdçi polis tərəfindən sənət qalereyasında çıxış edərkən arxadan güllələnərək öldürüldü.

İlin son günlərində baş verən hadisə bütün dünyada şok təsiri yaratması ilə birlikdə Orta Şərqdə gərginliyi və münasibətləri qəlizləşdirəcəyi gözlənilir.

8. ZİKA VİRUSU LATIN AMERİKASINA YAYILDIAsiatische-Tigermuecke[1]Latın Amerikasında, özəlliklə də Braziliyada yayılan zika virusu yüzlərlə insanın ölümünə səbəb oldu. İlk dəfə 1947-ci ildə Uqanda da ortaya çıxan virus illər sonra təkrar peyda oldu. Virusun özəlliklə hamilə qadınları təhdid etməsi daha qorxulu hala gətirmişdi.

9. PƏLƏNG VƏ PANDALAR ÜÇÜN UĞURLU İLpanda_and_tiger__of_two_minds_by_oyaofir-d7n9ggh[1]Heyvanlar üçün 2016 elə də pis keçmədi. Uzun illərdən sonra pandalar nəhayət risk altında olan heyvanlar siyahısından çıxarıldı. Çində dövlət tərəfindən qorunmağa başlanan pandalar artıq artmağa başlayıb.

Risk altında yaşayan və nəsli tükənməkdə olan pələnglər də 2016-cı ildə bizi sevindirdi. 2010-cu ildə sayı 3200 olan pələnglərin sayı bu il 3890-a yüksəldi.

10. YUNO YUPİTER ORBİTİNƏ DAXİL OLDUpia19639_main[1]Bu il kosmos sahəsində də tarixi anlar yaşandı. NASA tərəfindən göndərilən Yuno Yupiter orbitinə daxil olaraq Yer Kürəsinə data göndərməyə başladı.

 

http://feed.az

Oca 3 17

Hadisə Bakı konsertinə geyimi ilə damğasını vurdu – FOTO

admin
clipboard01

Xəbər verdiyimiz kimi, dekabrın 31-də yerli və türk ulduzların iştirakı ilə Bakı Olimpiya Stadionunda “Ən Yeni il” adlı konsert baş tutub.

Melumatlar.Net-ın Axşam.az-a istinadən məlumatına görə, İlkin Həsəninin aparıcısı olduğu gecədə əsl bayram coşqusu yaşanıb.

Müğənni Hadisə isə gecəyə geyimləri ilə damğasını vurub.

Konsertdən bəzi görüntüləri təqdim edirik:

Oca 3 17

Məşhur müğənni Yeni il konsertində biabır oldu

admin
NEW YORK, NY - DECEMBER 31:  Singer Mariah Carey performs during Dick Clark's New Year's Rockin' Eve in Times Square on December 31, 2016 in New York City.  (Photo by Michael Stewart/WireImage)

Nyu-Yorkun “Times Square” meydanında Yeni il bayramına həsr olunmuş konsert proqramı amerikalı müğənni Meray Keri üçün qalmaqalla başa çatıb.

Melumatlar.Net RİA Novosti-yə istinadən xəbər verir ki, müğənni “Emotions” mahnısını ifa etməli idi, lakin fonoqramda problem yaranıb. Keri oxumağa cəhd belə etmədən paltarında mikrofon axtarmağa başlayıb.

“Nə isə, Yeni iliniz mübarək. Biz bu mahnını yoxlamamışdıq. Lakin o birinci nömrə oldu, bunu dəyişmək olmayacaq”, – müğənni özünə haqq qazandırmağa çalışaraq tamaşaçılara oxumağı təklif edib.

Növbəti mahnı da uğursuz olub. Kerri lazımsız anlarda mikrofonu aşağı endirirdi. Nəticədə müğənni “yaxşı olmadı” etiraf edərək səhnəni tərk edib.

Sonradan Keri sosial şəbəkələrdə pərəstişkarlarından üzr istəyib. Lakin internet artıq Meray Kerinin 2016-cı ilin “son qurbanı” olması barədə zarafatlarla dolu idi.

Oca 3 17

DİQQƏT: WhatsApp, Artıq Milyonlarla Ağıllı Telefonda İşləməyəcək! (iOS, Android, Windows Phone)

admin
whatsapp-for-pc

Əgər Android və iOS-un köhnə versiyalarının istifadəçisisinizsə, yeni ildə WhatsApp xaricində fərqli bir mesajlaşma tətbiqi istifadə etməli olacaqsınız; beləki şirkət, əməliyyat sistemlərinin bir çox köhnə versiyalarına dəstək verməyi saxladı.

Yeni ilə təəssüf ki bir çoxunuzun xoşuna getməyəcək bir xəbərlə giriş edirik:  WhatsApp, Android və iOS əməliyyat sistemlərinin bəzi versiyalarına dəstək verməyi saxladı. Android 2.2 Froyo və daha köhnə versiyalar, iOS 6 və daha köhnə versiyalar və Windows Phone 7 və daha köhnə versiyalara sahib ağıllı telefonlarda bundan sonra WhatsApp istifadə edilə bilməyəcəksiniz.
Bunlar əslində çox köhnə versiyalardır – məsələn Android 2.2, 2010-cu ildə bazara daxil olub-, lakin hələ də bir çox insan, yeni versiyaya yüksəldilə bilinməyən telefonlar istifadə etməyə davam edirlər. Bu səbəbdən kifayət qədər istifadəçi kütləsi artıq WhatsApp-dan faydalana bilməyəcək.
İndi “bu versiyaları hələ də neçə nəfər istifadə edir ki?” deyə düşünə bilərsiniz, cavabı isə belədir. Android 2.2, bazardakı bütün Android cihazlarının 0.1%-ini əhatə edir. Sentyabr 2015-dən etibarən 1.4 milyard aktiv Android cihazın olduğu açıqlanmışdı (ki bu say hazırda 1.7 milyarda qədər artıb), bu da təxminən 1.4 milyon cihazın hələ Android 2.2 versiyasını istifadə etdiyi mənasını verir.

iPhone istifadəçiləri

WhatsApp, 2009-da bazara daxil olan ikinci nəsil iPhone 3GS-ə dəstək verməyi saxlayır. Daha da vacibi, iOS 6 ilə işləyən hər hansı bir cihaz da mesajlaşma platformasından faydalana bilməyəcək. Bu da əməliyyat sistemi yeni versiyasına yüksəldilməmiş bəzi iPhone 4, 4S ya da 5-ləri əhatə edəcək.

Windows Phone istifadəçiləri

Windows Phone 7, Oktyabr 2010-da bazara təqdim edilmişdi və Microsoft, 2014-cü ildə bu əməliyyat sisteminə dəstək verməyi kəsmişdi. WhatsApp-ın da bu səbəbdən dəstəyini kəsdiyini deyə bilərik. Əgər aranızda hələ də Windows Phone 7 istifadə edənlər varsa, ən qısa müddətdə yeni əməliyyat sistemi versiyasına keçməsini məsləhət görürük.
technote.az
Ara 29 16

MN 7 hərbçimizin ölməsi barədə məlumatı şərh etdi

admin
2-1

“Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi. Ermənistan ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur”.

Melumatlar.Net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

MN-dən bir daha təsdiq ediblər ki, hadisə nəticəsində bir hərbçimiz itkin düşüb.

“Bəzi yerli kütləvi informasiya vasitələrində Ağdam rayonunun Əhmədağalı kəndindəki yaşayış evinin düşmən tərəfindən atəşə məruz qalması xəbəri də təsdiqini tapmayıb”, – deyə MN-dən bildiriblər.

Qeyd edək ki, hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Ermənistan Müdafiə Nazirliyi döyüşdə 3 erməni hərbçinin öldüyünü açıqlayıb.

Ara 29 16

General: Hər an müharibə başlaya bilər

admin
HADITHA DAM, Iraq (Jan. 2, 2006) - Azerbaijani soldiers circle around Maj. Gen. Richard A. Huck, the commanding general for 2nd Marine Division, as he talks to them during a command visit here Jan. 2. During his visit, Huck received briefs, talked with troops and gave out a plaque to the Azerbaijan Army for supporting 2nd Marine Division. (Official Marine Corps photo by Cpl. Adam C. Schnell)

“Ermənilər Azərbaycan Ordusunun qarşısını ala bilməyəcək”.

Melumatlar.Net xəbər verir ki, bunu azvision.az-a sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə təxribat törətməsinə münasibət bildirərkən deyib.

Y.Aydəmirov qeyd edib ki, Azərbaycan ordusu hər an düşmən təxribatının qarşısını almağa hazırdır: “Ermənilərin tək bir yolu qalıb. Düşmən ya haradasa təxribat törətməyə cəhd edir, ya da hansısa yaşayış məntəqəsini atəşə tutur. Buna da nail ola bilmirlər. Azərbaycan Ordusu düşmənə daha ağır zərbələr vuracaq. Ordumuz hər zaman erməni təxribatının qarşısını alır və alacaq.

İstisna deyil ki, hər an müharibə başlaya bilər. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunun üçün kifayət qədər hərbi texnikamız, şəxsi heyət, maddi vəsaitimiz var”.

Ehtiyatda olan general bildirib ki, ermənilər özlərini sakitləşdirmək, müvəffəqiyyət qazanmaq üçün belə təxribatlara əl atırlar. Nəticədə düşmən tərəfi itki verərək geri çəkilir.

Xatırladaq ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür, Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.

Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə, o, daha böyük və ağır itkilərlə üzləşəcək.

Ara 29 16

“Qara bazar”da dolların – QİYMƏTİ

admin
Доллары USA

Valyuta hərracında dolların bahalaşmasına baxmayaraq, “qara bazar”da isə Amerika valyutasının qiyməti ucuzlaşıb.

Melumatlar.Net “Marja”ya istinadən xəbər verir ki, bəzi alverçilər dolları 1,88 manata almağa və 1,90 manata satmağa başlayıblar.

Bundan öncə isə “qara bazar”da ABŞ dolları 1,94 manatadək bahalaşmışdı.

Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,7662 məzənnəsi ilə başlayıb və 1,7707 məzənnəsi ilə yekunlaşıb.

Ara 29 16

Cəbhədə gərginlik: Ermənilər itki verdi – RƏSMİ

admin
3e6058cf8220bf3b2779a698c3c06923

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür, Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.

Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə, o, daha böyük və ağır itkilərlə üzləşəcək.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi döyüşdə 3 hərbçi itirdiklərini açıqlayıb.

Ara 29 16

Vergilər Nazirliyindən dollar açıqlaması

admin
dollar2

“İqtisadi böhran baş verdiyi üçün ümumilikdə valyuta daxilolmalarında azalma var. Milli valyutanın devalvasiyası ilə bağlı valyuta daxilolmalarında manat ifadəsində artım var”.

Melumatlar.Net APA-ya istinadən xəbər verir ki, bu sözləri Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov deyib.

“Amma ümumilikdə valyutada vergi daxilolmalarında azalma qeydə alınıb. Manatın devalvasiyası zəncirvarı bir prosesdir, devalvasiya iqtisadiyyatda inflyasiya yaradır.

İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il üçün təxminən 7,3% civarında inflyasiya gözlənilir. Növbəti il üçün hesablamalarda 1 dolların məzənnəsi 1,75 manatla götürülüb.

Proqnoz müəyyən edilərkən inflyasiyanın vergi daxilolmalarına təsiri nəzərə alınıb. Valyutanın  kursunun dəyişməsi inflyasiyanın ümumi dəyişməsi fonunda onun elementi olaraq nəzərə alınır”.

SIDEBAR ICERIKLERI