Oca 7 17

Bakıda “Demirchi Tower”də atışma: Ölən var

admin
atisma

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində silahlı insident baş verib.

Melumatlar.Net-ın APA-ya istinadən məlumatına görə, hadisə binanın 3-cü mərtəbəsində yerləşən “İraq Hava Yolları” aviaşirkətinin ofisində baş verib.

İnsident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb.

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.

Oca 7 17

10 yaşlı Nurayın fəryadı – VİDEO

admin
12

Sosial şəbəkələrdə 10 yaşlı Nurayla bağlı video geniş müzakirələrə səbəb olub.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülərdə Nurayı illər əvvəl anası ilə birgə tərk edən atasına məcburi verilməsi yer alıb.

Kadrlardan görünür ki, Nurayı xalasından zorla ayırmaq istəyirlər. Quba məhkəmə icraçıları onun azyaşlı olmasını belə nəzərə almır.

Artıq minlərlə sosial şəbəkə istifadəçisi ürək ağrısıyla qızcığazın fəryadını əks etdirən videonu paylaşıb. Onların arasında millət vəkili Qənirə Paşayeva da var. O da digərləri kimi sözügedən kadrları sona qədər izləyə bilmədiyini qeyd edib:

“Neçə dəqiqədir özümə gələ bilmirəm. Lütfən, uşaqlarla belə davranmayın. Təcili olaraq rayonun bu məsələyə aidiyyəti olan rəsmi qurumları, Ombudsman İnstitutu, Ailə, Qadın və Uşaq Probemləri üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı ciddi araşdırma aparmalıdır. Videoya sona qədər baxa bilmədim. Şəxsən bir millət vəkili olaraq, bir insan olaraq, mən də bu uşağın taleyi ilə maraqlanacağam. Uşağın fəryadı hələ də qulaqlarımdan getmir. Lazımi tədbirlərlə yanaşı, ailə məsələləri, uşaq hüquqları və s. ilə bağlı ciddi maarifləndirmə proqramları artırılmalıdır. Bəsdir artıq televiziyalarda çalıb-oynamaq… Maarifləndirmə istiqamətində ciddi proqramların artmasına ehtiyac var ki, bu cür mənzərələr ürəkləri dağlamasın”.

Məlum olub ki, 10 yaşlı Nuraya Mehriban adlı xalası 9 ayından bu günə kimi analıq edib. Nurayın anası Rübabə 2004-cü ildə Əvəz Bayramovla ailə həyatı qurub.

Ə.Bayramov 5 saylı doğum evində anestezoloqdur. İki il sonra Nuray dünyaya gəlib, ata 9 ay sonra öyrənir ki, həyat yoldaşı xərçəng xəstəliyinə tutulub. Ata xərçəng xəstəsi olan qadını və 9 aylıq körpəsini evdən qovub. Ə.Bayramov yenidən evlənəcəyi barədə onlara məlumat verib.

Nurayın anası isə xəstəliyindən bir neçə ay sonra xəbər tutur. 2010-cu ildə isə dünyasını dəyişir. 4 yaşlı Nurayı xalası himayəsinə götürür. Uşaq Mehriban xanıma ana, onun həyat yoldaşına isə ata deyir. Bu illər ərzində Əvəz Bayramov qızı ilə maraqlanmır, aylıq ödəməli olduğu alimentdən imtina edir. Hətta onun daha sonra aliment sənədlərini saxtalaşdırdığı iddia olunur. Ata 2011-ci ildə məhkəməyə müraciət edərək qızını geri qaytarmaq istədiyini bildirir.

Ötən il dekabrın 7-də Quba Rayon Məhkəməsinin icraçıları Nurayın analığından alınaraq heç vaxt görmədiyi atasına verirlər.

Mehriban xanımın vəkili bildirib ki, Nuray hazırda müvəqqəti olaraq xalasının yanındadır.

Oca 7 17

Şəhid polis azərbaycanlı qızı necə xilas edib?

admin
gunel_er1483725087

İzmir ədliyyəsi qarşısında yanvarın 4-də törədilən xain hücumda canı bahasına insanların həyatını xilas edən qəhrəman polis Fethi Sekin böyük bir faciə baş verməsinin qarşısını alıb.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, şəhid yol polisi Fethi Sekinin ədliyyə önündəki regionda xidmətdə olduğu və terrorçuları fərq edincə avtomobilini dayandırdığı, terrorçuların avtomobillərdən düşərək qaçmaq istədiyi zaman silahını çəkərək xainlərdən birini orada öldürdüyü, sonra isə şəhid olduğu öyrənilib.

Hurriyet.com.tr.nin sosial media hesabında şəhid polislə təxminən 2 ay əvvəl yaşadığı xatirəni danışan və “Şəhid qardaşımızın ruhu şad olsun” deyən tərcüməçi Günel Tahirli Cansunun dedikləri isə hər kəsi təsirləndirib. Məhz şəhid polis Sekin və “Azərbaycan qızı, Türk gəliniyəm”,- deyən Cansunun yazdıqları.

Şəhid polislə bağlı ağladan paylaşım

Hurriyet.com.tr-in “Facebook” səhifəsində bir “Hürriyyət” qəzeti oxucusunun paylaşdığı fikirlər hər kəsi təsirləndirib. Şərhin sahibi İzmirdə yaşayan Günel Tahirli Cansudur. Cansu noyabrın 3-də şəhid polisi Fethi Sekin ilə yaşadığı dialoqu yazıb. Rus dilini bildiyi üçün ədliyyədə zaman-zaman bələdçilik və tərcüməçilik etdiyini bildirən, “Azərbaycan qızı, Türk gəliniyəm. Şəhid qardaşımızın ruhu şad olsun”, – deyən Günel Tahirli Cansunun fikirləri belədir:

“Qardaş, evdə uşaq qoyub gəldim”

Tərcüməçilik etdiyim üçün tez-tez gedirəm İzmir ədliyyəsinə. Bir müddət əvvəl bir məhkəmə iclasına qatılmalı idim. Məhkəmədə iclas saatına az qalırdı, avtomobili park etmək üçün yer tapmadım. Rəsmi avtomobillərin olduğu yerə doğru yaxınlaşdım. Bir polis avtomobili və yanında bir polis məmuru dayanmışdı, məhkəmə iclasına gecikirdim. Şüşəni açdım və polis məmuruna dedim: “Abi mən tərcüməçiyəm, heç yerdə yer tapmadım avtomobili park etmək üçün, evdə uşaq qoyub gəldim, təcili iclasa qatılıb evə qayıtmağım lazımdır, mənə yardımçı ola bilərsinizmi?

Polis məmuru polis arabasını çəkib və “Bacım, bura park elə” dedi. “Yaxşı”, – dedim, “Abi ən çoxu 1 saata qalmaz, hə”,-dedim. Getdim, məhkəmə iclası bitdi, çıxışda polis qardaşa yaxınlaşıb təşəkkür etdim, mənə dedi ki, “Bacım, avtomobilin şüşəsində kağız var, onu özün götürərsən”.

Avtomobilə yaxınlaşdım, kağızı əlimə alıb geriyə ona doğru getdim, “Qardaş”,- dedim “Cəza olmasın, bu”. “Yox” – dedi. “Cəza yazmasınlar deyə qoydum. Cəza gələrsə, bacım mən həmişə buradayam, narahat olmayın”.

“Bəli, şəhid olan həmin polisdir”

Kağızı avtomobilə qoydum. Axşam Taner gəlincə danışdım. Bu gün partlayışda bir yol polisinin şəhid olduğunu eşitdim, bir anda ağlıma o polis qardaş gəldi nədənsə, sonra “yox” dedim öz-özümə. Sosial mediada şəklini görəndə Taneri aradım, kağız avtomobildə qalmışdı çünki. Bir neçə dəqiqə sonra Taner mənə kağızın şəklini göndərərək “Bəli, o şəhid olan Fethi Seki”, – dedi.

Eynilə Günel Tahirli Cansunun dediyi kimi: “Yaxşılıqlar heç bir zaman unudulmur, Türk xalqının qüruru. Allah rəhmət eləsin sənə qardaş”.

Oca 6 17

Azərbaycanlı qadın 16 günə 200 kişini yoluxdurub

admin
BERLIN - MAY 16:  German escort girl Jaqueline awaits customers at Berlin's exclusive Night Club Bel Ami on May 16, 2006 in Berlin, Germany. Escort girls across Germany are anticipating booming business in June as soccer fans from around the world will descend upon the country for the World Cup.  (Photo by Andreas Rentz/Getty Images)

Türkiyədə QİÇS virusuna yoluxan 200 kişi axtarılır.

Melumatlar.Net Qafqazinfo-ya istinadən xəbər verir ki, Van bölgəsində keçirilən əməliyyat zamanı fahişəliklə məşğul olan 8 nəfər saxlanılıb.

Müayinə zamanı 29 yaşlı Qazaxıstan əsilli G.K və Azərbaycan əsilli T.İ-də QİÇS virusu aşkarlanıb. Həmin qadınlar əməliyyat keçirilənə qədər – 16 gün ərzində təxminən 200 kişi ilə münasibətdə olduqlarını bildiriblər.

Bundan sonra polis həmin kişilərə müraciət ünvanlayaraq, onların xəstəxanalarda müayinədən keçmələrini istəyib.

Oca 6 17

Spirtli içkini nağd alanlar həbs oluna bilər

admin
A customer looks at a bottle on the shelves of a supermarket in the northern city of Bailleul on February 15, 2012.  France set a record for its wine and spirits exports with more than 10 billion euros in 2011, a 10.5 percent annual increase, the Federation of Wine and Spirits Exporters said on February 14. AFP PHOTO PHILIPPE HUGUEN

Alkoqollu və tütün məhsulları istehsalçılarından nağd qaydada mal alan və satan şəxs mәsuliyyәtә cəlb olunacaq.

Melumatlar.Net Fins.az-a istinadən xəbər verir ki, bu zaman tətbiq edilən cəza kateqoriyası azadlıqdan məhrum olunmaya qədər gedib çıxır.

Bununla bağlı maddə belədir: 213-1.3. Pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma – min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Üstəlik, bu qaydaların 2017-ci il yanvarın 1-dən tətbiq olunması nəzərdə tutulur. Hazırda marketlərdə çoxlu sayda mal qalığı kimi spirtli içki və tütün məhsulları var. Sual yaranır, hazırkı mәhsulların taleyi necə olacaq?

Ekspert Vəli Əliyevin sözlərinə görə, yanvarın 1-dən sonra marketlər həmin məhsullara görə sənəd tələb edəcəklər:

“2016-cı ildə əldə olunan məhsullar üzrə bu sənədi verə bilməyəcəklər. Heç olmasa, Vergi Məcəlləsində bu barədə keçid müddəa qoyulmalı idi ki, sahibkarlar bu cür problemlərlə üzləşməsinlər. Yanaşma düzgün deyil. Xatırlayırsınızsa, 2016-cı ilin əvvəlində belə bir hadisə təkrarlanmışdı və bu zaman yalnız cənab Prezidentin məsələyə müdaxiləsindən sonra problem həll olundu.

Yaxın keçmişdə bir sıra ölkələrdə mühasibat və vergi uçotunda  radikal dəyişiklik aparılmadan öncə uçot subyektlərinə yeni qaydaları tətbiq etmək üçün keçid dövrü kimi kifayət qədər vaxt verilmişdi. Buna misal kimi keçmiş sovet blokuna daxil olan Şərqi Avropa ölkələrini, BƏƏ-ni göstərmək olar.

Bu keçid dövrü ərzində dəyişiklik üçün zəmin hazırlanmış, treninqlər keçirilmiş və yalnız sonra həmin dəyişikliklər qüvvəyə minmişdi. Təbii ki, yeni qaydalar qüvvəyə mindikdən sonra həmin qaydaların pozulmasına görə sərt cəza tədbirləri də tətbiq olunub”.

V.Əliyev hesab edirik ki, hazırkı şəraitdə keçid dövrü azı bir il müəyyən edilməli, bu dövrdə bütün sahibkarlıq subyektləri uçota alınması təmin edilməli, məhsulun istehsalından və ya idxalından başlayaraq istehlakçıya çatdırılmasına qədər zəncirin bütün halqalarında sənədli rəsmiləşmə təmin edildikdən sonra qaydaları pozanlara qarşı sərt cəza tədbirlərinin həyata keçirilməsinə başlanılmalı idi.

Oca 6 17

Qızımın kişilərin qucağında oturduğunu bilmirdim

admin
1483611248_504763_16
“Qızım mənə cəhənnəmi yaşadır. Onu itirdiyimi, onun öldüyünü hələ də dərk edə bilmirəm. Ürəyimi parçaladı. Axı o niyə bizə yalan danışırdı?! Niyə bizi aldadırdı?! Mən indi bu həqiqətlə necə yaşayım?!” İngiltərənin Mançester şəhərinin sakini, 56 yaşlı Ebraham Tirni göz yaşlarını saxlaya bilməyərək ağlayıb.
Onun qızı, 29 yaşlı Steysi Tirni Avstraliyanın Melburn şəhərindəki “Dreams” striptiz-klubunda ölü tapılıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ailə üzvləri və qohumları Steysi Tirninin işindən bixəbər olublar. Onlar Steysinin Melburnda striptiz-klubda çalışdığını bilməyiblər.
Fitnes təlimatçısı olan S.Tirni Mançesteri 2013-cü ildə tərk edərək Avstraliyanın Kuinslend bölgəsinə yollanmışdı. O, valideynlərinə və qohumlarına “Melburndakı fitnes zallarından birində məşqçi işləyirəm” deyirdi. Əslində isə Steysi Tirni striptipz klubda çalışırdı. O, səhnədə soyunaraq lüt rəqs etməklə yanaşı, kluba gələn pullu müştərilər üçün “qucaq rəqs”ləri də ifa edirdi. Müştəri belə “qucaq rəqsi”ndən sonra pul ödəməyə razılaşırdısa, Steysi həmin kişi ilə gecəni keçirirdi. Mərhum Steysi Tirninin əmisi Pol Tirni də şokdadır. “Steysinin Avstraliyada fitnes təlimatçısı işlədiyini düşünürdük. Onun striptizçi olduğunu, kluba gedən kişilərin qucağında olduğunu bilmirdik””, – P.Tirni deyib.
Oca 6 17

Azərbaycanın məşhur hoteli 17 milyon manata satışa çıxarılır

admin
hotel_reception_2

Azərbaycanın məşhur hotellərindən biri satışa çıxarılıb.

Naxçıvan Muxtar Respublikasında yerləşən və həm də müalicə mərkəzi kimi fəaliyyət göstərən “Duzdağ Hotel” hərrac yolu ilə satılacaq.

Melumatlar.Net bu barədə “Qafqazinfo”ya istinadən xəbər verir.

Hotel hərraca fevralın 1-də NMR-nın Auksion Mərkəzində çıxarılacaq. Obyektin hərracda start qiyməti 17 milyon manat müəyyənləşib.

Oca 5 17

69 uşaq dünyaya gətirən qadın

admin
hamilelikte-normal-dogum

Fyodor Vasilliyev (1707-1782) – Rusiyanın Şuya şəhərindən olan kəndli. Onun birinci həyat yoldaşı Valentina Vassiliyeva tarixdə ən çox uşaq dünyaya gətirən qadın hesab olunur. Fyodor ilə evliliyindən 69 uşaq doğulmuşdur. 1725-ci ildən 1765-ci ilədək Valentina, 27 doğuş zamanı 16 dəfə əkiz, 7 dəfə üçüz və 4 dəfə dördüz sayda körpə dünyaya gətirmişdir.
Fyodor Vasilliyevin buna görə Ginnesin Rekordlar kitabı da düşmüşdür.

Oca 5 17

“Qanuni oğru” Lənkəranskinin qətlinin mümkün “sifarişçisi” məlum oldu

admin
fxpbdb8h-580

“Qanuni oğru” Rəşad İsmayılov qanqsterlər arasında Caniyev onun əmri ilə o biri dünyaya göndərildiyini deyib. Cinayətin motivi kimi isə Moskvada yaxın dostu, avtoritet biznesmen Cambulat Şamil oğlunun qətlini göstərib.

Melumatlar.Net xəbər verir ki, bu barədə “Rosblat”a hüquq-mühafizə orqanlarında olan mənbə bildirib.

Cambulat Şamil oğlunun qətlini araşdırarkən məlum olub ki, cinayət “qanuni oğru” Caniyevin qruplaşmasına daxil olan iki killer tərəfindən həyata keçirilib. Həmçinin onun vurulmasına əmrin də Cambulat ilə münaqişədə olan Caniyevin verdiyi də aşkar olub.

Xatırladaq ki, 2016-cı ilin avqust ayının 18-də Caniyev İstanbul hotellərinin birinin restoranında öz briqadasının üzvləri ilə görüşüb. O, binadan çıxdıqdan sonra avtomobilində hücuma məruz qalıb. “Qanuni oğru” və onun sürücüsü olan sinif yoldaşı qətlə yetirilib.


www.oxu.az

Oca 5 17

Valyuta hərracı: Dollar bahalaşdı

admin
dollars-2

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib.

Hərracın sonunda dolların məzənnəsi yenidən bahalaşıb.

Belə ki, hərrac 1 ABŞ dolları üçün 1,7707 AZN/USD məzənnəsi ilə başlayıb və 1,7742 AZN/USD məzənnəsi ilə yekunlaşıb.

Beləliklə, sabaha dolların məzənnəsinin yenidən bahalaşacağı istisna olunmur.

Oca 5 17

Dollar sabit qaldı, avro isə ucuzlaşdı

admin
manaterr

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın yanvarın 5-ə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 30-u müqayisədə dəyişməyərək 1,7707 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8644 manatdan 1,8638 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi dəyişməyərək 0,0293 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,5023 manatdan 0,4967 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1745 manatdan 2,1841 manatadək bahalaşıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,6663 manatdan 0,6564 manatadək ucuzlaşıb.

U.A.
www.oxu.az

Oca 4 17

Bakı sakininə İŞİD-ə qoşulmaq üçün 14 min dollar təklif olunub

admin
iwid

Bakıda gənc oğlana 14 min dollar qarşılığında İŞİD terror qruplaşmasına qoşulmaq təklif olunub.

Melumatlar.Net-ın Report-a istinadən xəbərinə görə, Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Əhmədov Orxan Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs onun telefonuna zəng edərək İŞİD-ə qoşulmağı təklif edib.

O.Əhmədov təklifdən imtina edib və dərhal Daxili İşlər Nazirliyinin (DİN) “102” zəng mərkəzinə məlumat verib.

O, daha sonra Suraxanı RPİ-yə ərizə yazaraq bildirib ki, 2016-cı il dekabr ayının 26-da naməlum şəxs ona zəng edərək İŞİD-ə qoşularaq cihad etməsini təklif edib. O.Əhmədov bundan imtina edəndə naməlum şəxs bu işin müqabilində 14 000 ABŞ dolları təklif edb.

Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır.

SIDEBAR ICERIKLERI