Oca 9 17

Hava limanında tapança ilə gənci güllələdi – şok görüntülər

admin
ferrtt

Melumatlar.net Sonxeber.az-a istinaden bildirir ki, Amerika Birləşmiş Ştatlarında Lauderdale hava limanında naməlum şəxs anidən silahını çıxardaraq qarşıdan gələn gəncə atəş açıb. Nəzarət kameraları vasitəsi ilə qeydə alınan videogörüntünü təqdim edirik.

Oca 9 17

“Oyananda gördüm ki, qəbirstanlıqdayam”

admin
505824

Melumatlar.net Sonxeber.az-a istinaden bildirir:

PKK terror təşkilatından qaçmağı bacaran uşaqlar təşkilatın kirli üzünü açıblar.

Onlar ifadələrində təşkilata necə üzv olduqlarını deyiblər.

13 yaşlı M.Y :

Marketə gedərkən kod adı H.G. olduğunu öyrəndiyim terrorçu yolumu kəsdi. Əlimi qolumu bağlayıb, qara avtomobilə mindirdi. Sonra məni kimsənin olmadığı məkana apardı. Getdiyimiz yer mağaraya bənzəyirdi. Gecəni orada keçirdik. Ertəsi gün Hakurk düşərgəsinə aparıldım. 10 gün orada qaldım. Mənə təlim keçməyə hazırlaşanda fürsət tapıb təşkilatdan qaçdım.

16 yaşlı S.T :

Ailəvi problemlərim olduğuna görə narkotik vasitələrdən istifadə edirdim. Yoldaşım məni təşkilata işçi təmin edən bir qadının evinə apardı. Orada mənə dərman içirdilər, huşumu itirdim. Özümə gələndə gördüm ki, Diyarbəkirdəki təşkilat qəbiristanlığındayıq. Burada təşkilat mənsublarıyla beş gün gözlədildikdən sonra təşkilata üzv oldum. Bütün gün ərzaq daşımaqdan yorulmuşdum. Təhdidlərdən də bezmişdim. Fürsət tapan kimi qaçdım”.

Oca 9 17

“O səs Türkiyə” qalmaqalı: Azərbaycanlılara tələ qurulmuşdu

admin
aaa

“O səs Türkiyə” qalmaqalı: Azərbaycanlılara tələ qurulmuşdu

Melumatlar.net Sonxeber.az-a istinaden bildirir: “O səs Türkiyə” mahnı müsabiqəsində azərbaycanlı iştirakçıların yarışmadan çıxması böyük müzakirələrə səbəb olub.

İştirakçılar Zülfü Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev, Gülşən İbadovanın özləri də müsabiqədən uzaqlaşdırılmaqlarını onlara qarşı yaradılan kampaniyadan irəli gəldiyini bildirirlər.

Hətta müsabiqədə milli mahnılarımızın müəllif hüquqlarının pozulması, anonim kimi təqdim edilməsinə etiraz olaraq mediada yayımlanan məlumatların həmyerlilərimizin taleyinə təsir etdiyini də iddia edənlər az deyil.

Anonim qalmaqalına görə, azərbaycanlıların yarışmadan getdiyini iddia edənlər sırasında Əməkdar artist Aybəniz Haşımova və bəstəkar-aparıcı Murad Arif də var.

Hakan və Gökhan Özoğuzun qrupunun üzvü Zülfü Əsədzadə düşünür ki, azərbaycanlılara qarşı tələ qurulub:

“Gökhan və Hakanın qrupunda 85 iştirakçıdan 4-ü azərbaycanlı idi. Ora Gülşən İbadova, İlham Nəzərov da daxildir. İştirakçılar 6 nəfərdən ibarət iki qrupa bölündü. Onlardan ikisi üst tura keçmək üçün mübarizə apardı. Gökhan və Hakan qrupa 4 azərbaycanlını salmışdı. Biz də məsələni başa düşmədik, şübhələndik və oxumaq üçün səhnəyə çıxdıq. Onlar 6 nəfərdən iki Türkiyə vətəndaşını saxladı, dörd azərbaycanlını evə göndərdi. Onda başa düşdük ki, bizə qarşı qurulan tələdir.

Mediada yazılıb ki, iştirakçılar yarışmadan uzaqlaşdırılıb. Uzaqlaşdırma qovulma kimi başa düşülür. Guya, biz oxumamışıq, sadəcə müsabiqədən uzaqlaşdırılmışıq. Amma belə deyil. Dünya layihəsi olmasına baxmayaraq “Acun media” otaq turu təşkil edib. Həmin turlar efirdə yayımlanmır. Bu format yalnız Türkiyədə reallaşdırılır, digər “The voice”lərdə belə bir şey yoxdur. Türkiyədə isə həmin tur 3-4 ildir ki, həyata keçirilir”.

İlham Nəzərov isə onlarla birgə Türkiyə vətəndaşlarının da yarışmadan kənarlaşdırıldığını söyləyib:

“Heç bir problemlə üzləşməmişik. Azərbaycanlı iştirakçı Elnur Hüseynov qalib olmuşdu. Bu səbəbdən ondan sonra yarışmaya qatılan iştirakçıları yavaş-yavaş ələməyə başladılar. Biz duel turunda iştirak etdik. Duellər turu tamaşaçısız həyata keçirilir. Acun Ilıcalı hər dəfə yarışmaya fərqli format qatır. Duellərdə münsiflər bizi seçmədi. Təkcə yarışmada azərbaycanlılar yox, Türkiyə vətəndaşları da çıxdı”.

Türkiyəni özünə heyran qoyan Gülşən İbadova isə ona qarşı haqsızlıq edildiyini bildirib:

“Yarışmada ən güclü azərbaycanlı iştirakçılara qarşı haqsızlıq edildi. İştirakçılar arasında azərbaycanlıları bir qrupa saldılar. Bir ay əvvəl isə çıxacaq iştirakçıların “youtube”dan videolarını silməyə başladılar. Səsim ilə türk xalqı tərəfindən rəğbət qazanmışdım, bu haqsızlığa heç kəs inanmaq istəmir. Acun Medya azərbaycanlılara qarşı aqressiyasını və şəxsi qərəzliliyini sübut etdi”.

Digər iştirakçı Nofəl Aslanov isə mövzu ilə bağlı açıqlama verməkdən imtina edib.

Mənbə: qafqazinfo
"O səs Türkiyə" qalmaqalı: Azərbaycanlılara tələ qurulmuşdu"O səs Türkiyə" qalmaqalı: Azərbaycanlılara tələ qurulmuşdu"O səs Türkiyə" qalmaqalı: Azərbaycanlılara tələ qurulmuşdu"O səs Türkiyə" qalmaqalı: Azərbaycanlılara tələ qurulmuşdu

Oca 9 17

Dollar 3, 90 olacaq

admin
14839618392016-07-25-22-08-18525050

Melumatlar.Net Sonxeber.az-a istinaden bildirir: Türkiyədə ABŞ dollarının məzənnəsi Bakı vaxtı ilə saat 13:33-də 3,70 lirə səviyyəsini ötüb.

Buna səbəb Türkiyədə sənaye istehsalı göstəricisinin ötən ilin noyabr ayında oktyabrla müqayisədə dəyişməməsi, illik müqayisədə isə 2,7% artım göstərməsi olub.

Belə ki, iqtisadçılar illik müqayisədə sənaye istehsalının 3,6% artmasını proqnozlaşdırmışdılar. Nəticədə, Türkiyənin valyuta bazarında məzənnə 3,7071 TRY/USD səviyyəsinə çatıb. Bununla da dolların məzənnəsi bu gün, yanvarın 9-da 1,6% möhkəmlənib.

“Report”un analitik qrupu Türkiyədə dolların məzənnəsinin 2017-ci ilin ilk rübündə 3,90 TRY/USD səviyyəsinə yaxınlaşacağını, 2017-ci il ərzində isə 4,00 TRY/USD-ni keçəcəyini proqnozlaşdırır.

İnkişaf etməkdə olan ölkələrin valyutalarının ucuzlaşması əsasən yanvarın 20-də ABŞ-da keçiriləcək prezidentin inauqurasiya mərasimindən sonra baş verəcəyi gözlənilir.

Mənbə: report

Oca 9 17

İlk ərim məndən 16, indiki ərim isə 18 yaş böyükdür’ – Azərbaycanlı müğənni

admin
1483962869_01-28
Müğənni İlhamə Qasımova “ATV maqazin onlarla” proqramının “Gəlmələr” rubrikasının qonağı olub. Sənətçi şəxsi həyatından danışıb: 
Melumatlar.Net Azxeber.az’a istinaden bildirir:
“Mənə deyir ki, “Yeni ulduz” müsabiqəsindən mənim fanatım olub. Mənim üçün gözəllik önəmli deyil, əsas ağıldır. Yeni tanış olanda onun yanında özümü çox kiçik hiss etdim, çünki onun qədər məlumatlı deyildim. Məni cəlb edən əsas ağıllı olması idi. Bəzən məndən inciyir, amma səbəbini tapa bilmirəm. Deyirəm ki, mənə xəbər elə, bilim niyə incimisən. Amma mən heç vaxt ona naz etmirəm.
Yoldaşım məndən 18 yaş böyükdür. Bu mənim alın yazımdır. İlk həyat yoldaşım da 16 yaş böyük idi. Həyat yoldaşım toylarda oxumağımı istəmir. Mən də şərt qoymuşam ki, aylıq toylardan gələcək gəliri mənə versin, toya getməyim. Sonra mənimlə razılaşdı. Mən ailə üçün hər şeydən keçə bilirəmsə, o da nələrisə keçməlidir”.
İlhamə ana olması haqda yayılan xəbərlərə isə sərt reaksiya verib: “Mənim övladım yoxdur. Lakin müsabiqədə olan zaman şayiə yayıldı ki, anayam. Bu söhbətlər mənə pis təsir etdi. İllərdir ki, övladım olmasını istəyirəm, amma alınmır. Övladım olduğu haqda şayiə yayanların ailələri də illərlə övlad həsrəti ilə yaşasınlar. Heç vaxt qarğış etməmişəm. Amma övlad elə şeydir ki, onun şayiəsi olmaz. Həyatda elə qadın yoxdur ki, ana olmağı istəməsin”.
Sənətçi Almaniya layihəsindən də söz açıb: “Almaniyaya getməyim təsadüf nəticəsində olub. Mən “X-factor”a getmişdim. Alman dilini bilmədiyimə görə 3 mərhələ keçməli oldum. Mənim qabağıma şərt qoydular ki, 15 kilo arıqlamalıyam. Dedim ki, mən ölsəmdə 0 bədən olmayacam. Klip çəkilən zaman mənə dedilər ki, sən “Sexsy lady” olmalısan. İnanın ki, mən xoşbəxtəm ki, həmin ərəfədə çəki almışdım. Yoxsa çimərlik geyimi geyindirəcəklərdi mənə. O qədər ağlayırdım. Evə qayıtmaq istəyirdim. Mən fikirləşirdim ki, atam oturub baxacaq mənə deyəcək “Maşallah”.
Oca 9 17

WhatsApp yeni ildə böyük rekorda imza atdı

admin
whatsapp-messenger-1

Günlük həyatımızın əvəzolunmazı, uşaqdan böyüyə hərkəsin istifadə etdiyi WhatsApp sürətlə böyüməyə davam edir. Yeni il gecəsi 63 milyard mesajın yazıldığı tətbiq rekorda imza atdı.

Melumatlar.Net Technote.az’a istinaden bildirir ki, WhatsApp, Facebook tərəfindən 2014-ün oktyabr ayında satın alındıqdan sonra böyüməsini davam etdirərək aylıq 1 milyard istifadəçi sayına çatdı. Tətbiqin sürətli inkişafı nəticəsində Facebook-a aid Messenger-i də çoxdan geridə qoymuş oldu.

 

Yeni ildə 63 miyard mesaj yazıldı.

GSM operatorlarının puluz mesajlaşma paketlərinin olmasına baxmayaraq çox saylı ağıllı telefon istifadəçisi WhatsApp tətbiqini üstün tutur və xususi günlərdə belə təbrik mesajlarının çoxu WhatsApp üzərindən göndərilir. Belə ki yeni il gecəsi WhatsApp üzərindən 63 milyard mesaj göndərildi, bu mesajların 7.9 milyardı şəkil, 2.4 milyardı videodan ibarətdir .

2016 aprel ayında WhatsApp və Messenger üzərindən gündəlik 42 milyarda yaxın mesaj göndərilirdi. F8 konfransda Mark Zuckerberg söhbətində hədəflərinin bu iki tədbiqdə günlük 60 milyard mesaj sayına çatmaq olduğunu söyləmişdi. WhatsApp-ın bir gündə çatdığı mesaj sayı Zuckerberg-in hədəfinin çox tez reallaşdığını göstərir.

Aprel ayında şifrələmə xususiyəti əlavə olunan WhatsApp, noyabrda isə çoxdan gözlədiyi video zəng xususiyətinə qovuşdu.WhatsApp-ın bu qədər çox istifadə olunmasında şüphəsizki bu xususiyətin rolu böyükdür.

Oca 9 17

ATV-nin “Yoxlama”sı orta məktəbdə qalmaqala səbəb oldu – FOTO + VİDEO

admin
img_0539

Çəkiliş komandası orta məktəbi bir-birinə vurdu, şagird xəsarət aldı. 171 nömrəli orta məktəbin rəhbərliyi şikayət edir.

“ATV” telekanalında yayımlanan “Yoxlama” verilişinin çəkilişi zamanı daha bir qalmaqal yaşanıb.

Melumatlar.Net Bizimyol-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə baş verib.

Məktəbin rəhbərliyi bildirir ki, 6 yanvar 2017-ci il tarixində saat 14:30 radələrində məktəbə üçüncü növbədə təhsil alan şagirdlərin qəbulu zamanı 12 nəfərdən artıq idmançı görünüşlü şəxslər, o cümlədən “Yoxlama” verilişinin aparıcısı Azər məktəbə gəlib. “Onun yanında özünü bütün sahələr üzrə ekspert kimi təqdim edən hündürboylu, ağ sifətli 27-28 yaşlı gənc oğlan, ATV gödəkçəsi geymiş 5 “əməkdaş” və təhlükəsizliyə aid uniforma geymiş daha 5 gənc məktəb rəhbərliyinə xəbər vermədən, qapıçını itəliyərək məktəbə daxil olublar. “Onlar təqribən bir saat müddətində məktəbdə böyük ajiotaj yaradıb, məktəbin müxtəlif ərazilərində, həmçinin icazəsiz siniflərə daxil olaraq tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparıblar. Gələnlər məktəb rəhbərliyinin dəfələrlə müraciətinə əhəmiyyət vermədən özlərini sözün həqiqi mənasında qoçu kimi aparıblar. Bu qoçu dəstəsinin üzvləri tərəfindən müəllimlərə və məktəbin texniki personalına qarşı kobudluqlar edilib, ələ salma tipli suallar verilib, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunublar. Heç bir xəbərdarlıq etmədən həmin gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq çəkiliş aparıblar. Bütün bunlar ciddi narahatçılıq yaradıb, həmin “çəkiliş qrupu”nun törətdiyi qalmaqal şagirdlər, müəllimlər və valideynlər arasında vahiməyə səbəb olub. Bu hadisədə ən acınacaqlı hal ondan ibarət olub ki, ATV kanalının əməkdaşlarından biri məktəbin 6 E sinif şagirdini kobudcasına itələyərək yıxaraq ona xəsarət yetiriblər” – deyə məktəb rəhbərliyi yazır.

Məktəb rəhbərliyi baş vermiş hadisəni aktlaşdırıb və aidiyyatı orqanlara müraciət etdiyi bildirilir. Dünən ATV kanalında sözgüdən məktəbdə aparımış çəkilişin anonsları yayılıb və yuxarıda təsvir olunan gərginlik kadrlarda öz əksinin tapıb.

Məlumat üçün bildiritik ki, hazırda məktəbin dörddə üç hissəsində Təhsil Nazirliyi tətəfindən əsaslı tikinti işləri aparıldığından təhsil müəssisəsi üçnövbəli rejimdə işləyir.

Əvvəllər də “Yoxlama” verilişinin çəkilişləri zamanı insidentlər yaşanıb, aparıcı Azər İsmayılov döyülüb. Belə ki, yay aylarında çəkiliş heyəti verilişin növbəti buraxılışı üçün Şamaxıdakı restoranlardan birində olarkən Azər İsmayılov və verilişin əməkdaşlarına fiziki zor tətbiq edilmişdi.

Oca 9 17

Dünyanın 10 ən təhlükəli ölkəsi – SİYAHI

admin
honduras-village

Kanadanın turizm üzrə agentliyi dünyanın 10 ən təhlükəli ölkəsinin adını çəkib.

Melumatlar.Net Modern.az-a istinadən xəbər verir ki, antireytinqdə 10-cu yerdə Yəməndir.

Ekspertlər bu ölkəyə daimi baş verən terror aktlarına və yerli qanunvericiliyin xüsusiyyətlərinə görə getməməyi məsləhət görürlər.

Doqquzuncu və səkkizinci yerlərdə müharibə vəziyyətində olan Suriya və Əfqanıstandır.

Reytinqdə sonrakı yerlərdə Burundi, Nigeriya və Cənubi Sudandır.

Dördüncü yerdə Somalidir.

Mali və Çad üçüncü və ikinci sıradadır. Bu ölkələrə yalnız sülhməramlıların getməsi tövsiyə olunur.

Antireytinqin lideri Mərkəzi Afrika Respublikasıdır.

Agentlikdə qeyd edirlər ki, bu ölkəyə gedən əcnəbilərin sağ və zərər görmədən qayıtmaq şansı yoxdur.

Oca 9 17

Nokia ilk android telefonunu satışa çıxardı – VİDEO

admin
nokia-6

Uzun illərdir mobil telefon bazarından uzaqda qalan Nokia şirkəti ötən il 6-7 ədəd yeni telefonla bazara qayıdacağını elan etmişdi.

Oxu.az gsmarena-ya istinadən xəbər verir ki, Nokia fanatları yeni telefonun ilk olaraq MWC 2017-də (Mobil Dünya Konqresi) elan olunacağını gözləsələr də, Nokia şirkəti telefonu daha əvvəl ictimaiyyətə təqdim edib.

İlk olaraq Çində satışa çıxarılan yeni Nokia 6-nın texniki parametrləri isə bu şəkildədir :

5.5 dyumluq Full HD ekran
Snapdragon 430 çip
4 GB RAM
64 GB daxili yaddaş (microSD dəstəklənir)
İki simkart girişi
16 MP arxa kamera
3000 mAh batareya
Android 7.0 Nougat əməliyyat sistemi.

Məlumat üçün qeyd edək ki, yeni telefon Çin bazarında 245 dollara satılacaq.

Oca 8 17

Beyni gücləndirən ən təsirli qidalar – SİYAHI

admin
%d0%b8%d1%83%d0%bd%d1%88%d1%82

İnsan 30 yaşını keçdikdən sonra beyni yaşlanmağa başlayır. Bu da yaddaş problemləri və alzeymer xəstəliyi olaraq özünü büruzə verir. Ancaq sağlam qidalanaraq beynin yaşlanmasının qarşısını almaq mümkündür. Doğru qidalanmaq beyni inkişaf etdirib, zehni və yaddaşı gücləndirməyin əsas qaydasıdır.

Türkiyəli professor doktor İlhan Elmacı beyinə yaxşı təsir edən qidalar haqqında məlumat verib.

Melumatlar.Net Publika.az-a istinadən  həmin məlumatları təqdim edir:

Fol turşusu

Bədəndəki bütün hüceyrələr kimi beyin hüceyrələri də qidaya ehtiyac duyur. Doğru qidalanmamaq sinir sisteminə mənfi təsir edir. Vitaminlərlə, minerallarla zəngin qidalar yemədikdə beyindəki hüceyrələrin sayı azala bilər. Beyni qidalandıran, onun inkişafını dəstəkləyən ən önəmli maddələrdən biri fol turşusudur. İnsan beynində inkişaf o hələ ana bətnində olarkən başladığından, hamilələr fol turşusu ilə zəngin qidalanmalıdırlar.

Fol turşusu yetkin insanlar üçün də əvəzedilməzdir. Alzeymer və yaddaş itkisinə qarşı fol turşusu ilə zəngin paxla, göy noxud, ispanaq, çuğundur, limon və portağal kimi qidalar yemək çox önəmlidir.

Karbohidrat

Beynin enerji qaynağı qlükoza, yəni şəkərdir. Beyində şəkər səviyyəsinin azalmasından ya da artmasından asılı olaraq, müəyyən problemlər baş verə bilər. Şəkər və karbohidrat beyin üçün faydalı olsa da, onları sağlamlıq üçün yararlı qidalar siyahısına daxil etmək lazım deyil. Çünki həddən artıq karbohidrat, şəkər və yağ əsəb sistemini poza və beyinə qalıcı zərər verə bilər.

Paxla, kartof, banan, alma karbohidratla zəngin qidalardır. Yağlı balıqlar beyin sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Çünki doymuş yağlar beyinə faydalıdır. Həftədə 3 dəfə banan, yağsız süd və qatıq yeyin.

B vitamini

B vitamini çatışmazlığı zamanı depressiya, yaddaş itkisi, diqqətsizlik, əl və ayaqlarda yanma, əsəbilik baş verir. Beynin əmrlərini icra edən sinir sisteminə zərər dəyir. Yaddaş və zəka üçün B vitamininin əhəmiyyəti böyükdür. B vitamini ehtiva edən qidalar beyni yaşlanmaqdan qoruyur, sinir sisteminə yaxşı təsir edir.

Ət, balıq, yağsız süd, qatıq, banan, göyərtilər, lobya, mərci, noxudda bol miqdarda B vitamini var.

Yumurta

Beyin üçün faydalı maddələrdən biri də “kolin”dir. Beyin hüceyrələrinin yenilənməsinə dəstək olan bu maddə ilə ən zəngin qida yumurtadır. Yumurta ilə yanaşı, yer fındığı, balıq, göyərtilər, soya və kətan toxumu da kolinlə zəngindir. Yumurtanın tərkibindəki amin turşuları isə beyin hüceyrələrinin funksiyalarını yaxşılaşdırır.

Badam

E vitamini beynin yaşlanmasının qarşısını alır. Ona görə də, badam kimi E vitamini ilə zəngin qidalar yemək lazımdır. Badamla yanaşı qoz, fındıq, yer fındığı, günəbaxan tumu, susam, kətan toxumu da beyin sağlamlığı üçün əhəmiyyətli rol oynayır.

Üzüm

Son illərdə aparılan araşdırmalar üzümün dopamin hormonunun səviyyəsini artırdığını ortaya çıxarıb. Üzüm yeyən insanlar problemləri daha tez həll etməyə nail olurlar.

Tərkibində bol miqdarda “bor” turşusu olan üzüm beyin sağlamlığına yaxşı təsir edir. Alma və fındıq da borla zəngin meyvələrdir.

Göyəm

Göyəm, çiyələk, pomidor, kök kimi meyvə və tərəvəzlər çoxlu miqdarda antioksidant ehtiva edirlər. Antioksidantlar isə beynin yaşlanmasının qarşısını alır. Göyəm yaddaşı möhkəmləndirir, beyni stressin zərərli təsirindən qoruyur.

Sağlam bir beyin üçün hansı qidalardan uzaq durmaq lazımdır?

*Spirtli içkilər

*Fast-food

*Çox duzlu qidalar

*Rafinə edilmiş zülallar

*Həddən çox şəkər

Oca 8 17

Qızdırma salan 6 ən yaxşı təbii vasitə

admin
img_0522

Qızdırma qalxdıqda dərhal kimyəvi preparatlara üz tutmayın. Hərarət çox yüksək deyilsə (38,5 C) təbii vasitələrdən istifadə edin.

Oxu.Az saglamolun.az-a istinadən ən effektli təbii qızdırma salan vasitələri təqdim edir:

1. Moruq

Moruq mürəbbəsi, təzə, dondurulmuş və ya qurudulmuş moruq, moruğun yarpaqları və qabığı çox effektli təbii qızdırma salan vasitədir. Moruğun tərkibində çoxlu miqdarda asetilsalisil turşusu (biz bu turşunu “aspirin” kimi tanıyırıq) var. Asetilsalisil turşusu ən güclü hərarətsalan maddələrdir biridir.

Moruq mürəbbəsini çaya əlavə edin, meyvələrdən, yarpaqlardan və qabıqdan dəmləmə hazırlayın.

2. Cökə ağacının çiçəkləri

Çökə ağacı də qədim zamanlardan qızdırma salan, iltihabəleyhinə vasitə kimi istifadə olunur. 1 x.q. cökə ağacının çiçəklərini 200 ml isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün, adi çay kimi için.

3. İtburnu

Bu da tanınmış qızdırma salan, iltihabəleyhinə və imuniteti möhkəmləndirən vasitədir. Axşamdan termosa 1 ovuc qurudulmuş itburnu tökün (əvvəlcədən meyvələri əzin), üzərinə yarım litr isti su tökün, səhərə qədər saxlayın, səhər yaxşı süzün və gün ərzində için. Çaya bal əlavə etmək olar.

4. Çobanyastığı

Çobanyastığı iltihabı azaldır, immuniteti möhkəmləndirir. 1 x.q. çobanyastığı 200 ml isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün və adi çay kimi için.

5. Portağal və ya qreypfrut şirəsi

Bu vasitə də soyuqdəymə və qripp zamanı çox yaxşı kömək edir – hərarəti salır, vəziyyəti yüngülləşdirir, immuniteti gücləndirir.

6. Ərik qurusu və kişmiş dəmləməsi

Ərik qurusu və kişmiş də asetilsalisil turşusu ilə zəngindir. Dəmləmə hazırlamaq üçün axşamdan termosda 5-6 ərik qurusu və 1 ovuc kişmiş yarım l isti suda dəmləyin, növbəti gün ərzində için. Meyvələri yeyə bilərsiniz.

Oca 7 17

Azərbaycanlı olimpiya çempionu gecə klubu açdı – FOTO

admin
clipboard01

Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazandırdığı Qazaxıstanda gecə klubu açıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, ARENA adlanan əyləncə məkanı Taldıkorqan şəhərində yerləşir.

Təqdimat mərasiminə ölkənin tanınmış xanım idmançılarından Svetlana Podobedova və Karina Qoriçeva da qatılıb. Rəhimov gecə klubunu belə təqdim edib: “Sizi unikal işıqlandırma sistemi, baş verənlərin mərkəzində olmağa şərait yaradacaq ən yaxşı səs gözləyir. Əlbəttə, peşəkar şef-aşpazdan isti yeməklər də öz yerində. Geniş içki seçimi sizi laqeyd vəziyyətdə qoymayacaq. ARENA – klub həyatı üslubunun dəqiqliklə izlənildiyi yeni gecə klubudur”.

ARENA-ya giriş qızlar üçün tam pulsuzdur. Oğlanlar isə 1500 tengə (təqribən 8 manat) giriş haqqı ödəməlidirlər. Depozit haqqı adambaşı 3000 – 4000 tengə, qəlyan 4500 tengə təşkil edir. Klub saat 20:00-dan gecə saat 5:00-dək işləyir.

Qeyd edək ki, “Rio-2016”da 77 kq çəki dərəcəsində qazandığı qızıl medal qarşılığında Nicat Rəhimov Qazaxıstan Mədəniyyət və İdman Nazirliyindən 25 min dollar və Astanada 3 otaqlı mənzil alıb. O, rəsmən Atırau şəhər sakini sayılsa da, Almatıda Qazaxıstan İdman və Turizm Akademiyasının 3-cü kursunda təhsil alır.

SIDEBAR ICERIKLERI