Oca 10 17

2 manata 250 min manat qazandı

admin
img_0543

İdman-mərc oyunları rəsmi operatoru “Topaz”da növbəti möhtəşəm uduş qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı sakini Elnur Bayramov İlham oğlu 2 manat məbləğində mərc edərək, 250 000 manat uduşun sahibi olub.

Bayramov bu məbləği yanvarın 7-də qazanıb. O, 5 oyunun hesabını dəqiq proqnozlaşdırmaqla, uduşa nail olub.

Qeyd edək ki, “Topaz”ın bütün uduşları dövlət təminatlıdı. 2016-cı il ərzində “Topaz” dan qazanılmış ümumi uduş məbləği 137,548,476 manat təşkil edib.

Oca 10 17

Mehman Hüseynovun nədə ittiham olunduğu məlum oldu – TƏFƏRRÜAT

admin
img_0542

Melumatlar net azxeber.az -a istinaden xeber verir ki, Mehman Hüseynovun niyə saxlanılmasının təfərrüatı məlum olub.

M.Hüseynov Bakının “Torqovıy” adlanan ərazisində iş axtaran bir şəxsin şikayəti əsasında saxlanılıb.

Polisin ittiham aktında bildirilib ki, həmin şəxs Mehman Hüseynovun onu çiyni ilə vurduğu barədə polisə müraciət edib. Polis həmin an M.Hüseynovu çağırıb, Mehman isə polisin əmrini yerinə yetirməyib.

Qeyd edək ki, bloqçuya verilən ittihamla o ya 200 AZN məbləğində cərimə edilməli və ya 1 aya qədər inzibati həbslə cəzalandırılmalıdır.

Oca 9 17

Xoşqədəm verilişi ilə bağlı yayılan xəbərlərə ilk dəfə aydınlıq gətirdi

admin
xosg

Melumatlar.Net Sonxeber.az-a istinaden xeber verir ki Araşdırmaçı-jurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişi bu ildən etibarən canlı yayımlanacaq. Veriliş hər bazar günü 21:00-da efirə gedəcək.

Bu barədə məlumatı aparıcının özü “Report”a təsdiq edib.
“Bəli, bu doğrudur. Əvvəl “Səni axtarıram” bazar günü saat 22:00-da yayımlanırdı. Bu ildən belə olmayacaq. Tamaşaçılar həmişə verilişin gec başlamasından gileylənirdilər. Artıq onlar da öz arzularına çatacaqlar. Bu, həmçinin mənim də ən böyük arzum idi. İllər idi ki, verilişin canlı olmasını istəyirdim və “Xəzər” telekanalının rəhbərliyi mənim bu arzumun gerçəkləşməsinə şərait yaratdı. Onlara təşəkkür edirəm. “Səni axtarıram”da canlı bağlantılar, telekörpülər olacaq, studiyada insanlara axtardığı şəxslər barədə anındaca məlumatlar veriləcək. İnşallah, tamaşaçılar fərqli bir veriliş izləyəcəklər. Onu da qeyd edim ki, veriliş təkcə bu həftə canlı olmayacaq, gələn həftədən isə canlı yayımlanmağa başlayacaq”, – deyə X.Hidayətqızı bildirib.

Oca 9 17

Qar təmizləyəndə 120 min tapdı, sahibinə qaytardı

admin
505594

Türkiyədə 2 gündür ki, güclü qar yağır. Bəzi yerlərdə 1 metrdən artıq qar olduğu deyilir.

Qar bürümüş yolları isə təmizləmək bələdiyyə işçilərinə düşür.

Melumatlar.net sonxeber.az-a istinadən bildirir ki, belə bir təmizlik zamanı maraqlı hadisə baş verib.

Qar yağışı sonrası bağlanan yolu açmaq üçün iş aparan bələdiyyə işçisi 45 yaşlı Təkin Arslan qutu içində 6 ədəd, hər biri 20 min türk lirəsi dəyərində qızıl bilərzik tapıb. Qızılların kimə aid olduğunu aşkar edib və onları sahibinə verib.

Məlum olub ki, qızılların sahibi Mustafa Zengin adlı şəxsdir. O, evdəki qızılları satmaq üçün zərgərə aparıb. Amma intensiv qar yağışı səbəbi ilə zərgərlər qapalı olub və M.Zengin geri dönməli olub.

Zengin evə qayıdarkən qızılları cibindən salıb. Evə çatanda isə qızılları itirdiyinin fərqinə varıb. Geri dönüb, hər yeri axtarıb, amma tapmayıb. Bu haqda polisə məlumat verən Zengin kor-peşman evinə dönüb.

Qızıllarının tapıldığını eşidən Zengin onu tapan şəxsə təşəkkür edib. Xeyirxah əməlin sahibi, bələdiyyədə fəhlə işləyən Təkin Arslan: “Tapdığım sandığı açanda qızılları gördüm. Polisə aparıb vəziyyəti izah etdim. Qızılların sahibini tapdılar, təslim etdim”, – deyib.

Oca 9 17

Azərbaycanın əməkdar artisti od püskürdü: “10 yaşlı qızı yad kişilərlə…”

admin
1360153155_lale

Əməkdar artist əsəblərinə hakim kəsilə bilməyib

Melumatlar.net Sonxeber.az-a istinadən xəbər verir ki, Qubada yaşanan hadisəyə əməkdar artist Lalə Məmmədova da biganə qalmayıb. O, gördüklərindən şok yaşadığını bildirib:

“Bu kişinin qeyrəti bəllidir. 10 yaşlı qızını yad kişilərlə sürüyür. Bu ata qızının qeyrətini necə çəkəcək? Yaxşı kişidən qadın ayrılmaz. Kim bilir, bəlkə də, həyat yoldaşı yaşadığı stressdən xərçəng tutub. Çünki xərçəng xəstəliyi məhz stress və əsəbdən yaranır. Bu kişinin qızına olan hörmətindən elə rəhmətlik həyat yoldaşına qoyduğu hörməti də bəlli olur. Siz Allah o kişini danışdırmayın! O, Tibb Universitetində təhsil alanda ola bilsin ki, psixologiya dərslərinə girməyib. Övladı ancaq səmimi sevgi və qayğı ilə qazanmaq olar”.

Qeyd edək ki, 1o yaşlı Nurayın məhkəmə qərarı ilə xalasından zorla alınıb atasına verilməsi bir neçə gündür ki, ölkə gündəminə səs salıb.

Oca 9 17

Manatla bağlı əhaliyə mühüm xəbərdarlıq (Sekile vurun xeberin davami ucun)

admin
manat_dollar_046

Manatla bağlı əhaliyə mühüm xəbərdarlıq

Melumatlar.net Sonxeber.az-a istinaden bildirir ki, “Ölkənin maliyyə sektorunun yüksək həddə dollarlaşması milli valyutanın güvənliyini zəiflədir və makroiqtisadi sabitliyi risk altına qoyur. 2015-ci ilin dekabrından üzən məzənnəyə keçsək də bu keçid “tənzimlənmə” mərhələsində qalıb. “Tam üzmək” mərhələsinə keçid isə hələki ləngiyir”.

Sonxeber.az bildirir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev şərhində deyib.

Samir Əliyevin sözlərinə görə, rəsmi sənədlərdə bu keçidin tezliklə baş tutacağı vurğulanır:

“Bu fikri bəzi ekspertlər də bölüşür. Tam üzən məzənnəyə keçidi zəruri edən səbəb manatın real bazar dəyərini tapmasına nail olmaq və bununla da valyuta bazarında sabitliyi təmin etməkdir. Digər tərəfdən siyasi və iqtisadi baxımdan bizə yaxın olan Rusiya və Qazaxıstanın tam üzən məzənnəyə keçidi hökumətimizi “onlarda mümkündürsə, bizdə niyə mümkün olmasın?” tipli suallarla üz-üzə qoyur. Sual haqlıdır, ancaq cavabı ürəkaçan deyil. Əgər tam üzən məzənnəyə keçid potensialı əsasında 3 ölkəni sıralasaq Azərbaycan şübhəsiz ki, sonuncu olar. Bu kiçik siyahıya isə əlbəttə Rusiya başçılıq edər. Elə nəticələr də sıralanmaya adekvatdır. Rusiyada tam üzən məzənnəyə keçid uğurlu alınıb, Qazaxıstanda bir sıra çətinliklər qalmaqdadır, Azərbaycan isə cəhd səviyyəsindədir”.

Ekspert bildirib ki, Azərbaycanın yaxın dövrdə tam üzən məzənnə siyasətinə keçidi real görünmür:

“Bu ideya hələ bir müddət deklarasiya səviyyəsində qalacaq. Ekspertlər bunun ağır fəsadları barədə xəbərdarlıq edirlər. Mərkəzi Bank da vəziyyətin mürəkkəbliyini anlayır və bu səbəbdən prosesi uzadır. Milli valyutanın sabitliyi qiymətləndirərkən tədiyyə balansının vəziyyətini təhlil etmək, onun mövcud durumunu nəzərə almaq çox vacibdir. Bu, ən vacib indikatordur. Həmkarımız Rövşən Ağayev Rusiya, Qazaxıstan və Azərbaycanın tədiyyə balanslarını analiz edərək durumumuzun yaxşı olmadığını göstərib və manatın tam üzəbilmə potensialını qiymətləndirib. Gəldiyi nəticə manat tam üzməyə hazır olmadığını bir daha təsdiq edib”.

Samir Əliyevin fikrincə, milli valyutaların sabitliyini təmin edən digər indikator bank sektorunun dollarlaşması səviyyəsidir:

“Bank sektorunda dollarlaşma səviyyəsi artdıqca milli valyutaya təzyiq artır. Biz həm də bu indikator vasitəsilə rus rublu və qazax təngəsindən fərqli olaraq manatın tam üzən məzənnəyə keçməsinin arzuolunan olmadığını görmək olar. Rus rublunun və Qazax təngəsinin niyə “üzə” bildiyini, manatın isə buna “hazır olmadığını” izah etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycanın bank sektorunun əmanət bazarında dollarlaşma səviyyəsinin mövcud durumunu diqqətinizə çatdırmaq istəyirəm. 2013-cü ildə – neft gəlirlərinin yüksək səviyyədə olduğu bir dövrdə Rusiyada əmanətlərinin dollarlaşma səviyyəsi (17,4%) həm Qazaxıstan, həm də Azərbaycandan aşağı olub. Neftin kəskin ucuzlaşması və sanksiyaların Şimal qonşumuzda dollarlaşma səviyyəsini kəskin artıra bilməyib və bu səviyyə hətta 30%-dən də aşağı olub. Halbuki Azərbaycanda dollarlaşma səviyyəsi böhrandan əvvəl Qazaxıstandan az olsa da böhran dövründə sürətli dollarlaşma nəticəsində manatın payı 15%-ə qədər azalıb”. (Qrafik 1)

“Göründüyü kimi, hər üç ölkədə 2016-ci ildən başlayaraq əmanətlərdə dollarlaşma səviyyəsinin azalması müşahidə edilir. Buna səbəb ümumilikdə əmanət qoyuluşunun artım tempinin kəskin azalmasıdır. Məsələn, Rusiyada əmanətlərin illik artım tempi 2015-ci ildəki 25,15%-dən 2016-cı ilin 11 ayında 0,7%-ə düşüb. Qazaxıstanda oxşar göstəricilər 54,5% və 12,2% olub. Azərbaycanda isə 2015-ci ildə artım 31,79% olduğu halda 2016-cı ilin 10 ayında 21,8% azalma qeydə alınıb”. (Qrafik1)

Ekspert qeyd edib ki, Azərbaycan qeyri-maliyyə təşkilatlarının depozitlərinin dollarlaşması səviyyəsinə görə də digər iki ölkəyə uduzur:

“Rusiya və Qazaxıstan dollarlaşma səviyyəsini üzən məzənnəyə keçiddən əvvəlki səviyyəyə qədər azalda biliblər. Rusiyada müəssisələrin depozitlərində dollarlaşma səviyyəsi 2013-cü il, Qazaxıstanda isə 2014-cü il səviyyəsinə düşüb. Azərbaycanda azalma müşahidə edilsə də hələki dollarlaşma yüksək səviyyədə qalmaqdadır”. (Qrafik 2)

“Böhran vaxtı hər üç ölkədə əmanətçilərin devalvasiya gözləntisinə reaksiyası fərqli olub. Statistik məlumatların təhlili göstəririr ki, Azərbaycan əmanətçiləri digər ölkə əmanətçiləri ilə müqayisədə milli valyutaya daha çox etimadsızlıq göstəriblər. Devalvasiya təzyiqinin güclü olduğu 2015-ci ildə Rusiyada rubl əmanətləri 19,6% artdığı halda Qazaxıstanda təngə əmanətləri cəmisi 0,6% azalıb. Həmin il iki kəskin devalvasiya yaşayan Azərbaycanda isə manat əmanətlərinin azalması 67,9% olub. Artıq Rusiya və Qazaxıstanda milli valyutada əmanət qoyuluşu artmağa başlayıb, Azərbaycanda isə proses azalmaq istiqamətində davam edir. Devalvasiya gözləntisi, xüsusən də manatın real bazar dəyərini almaması ilə bağlı rəylər əhalini əlindəki vəsaiti dollara çevirməyə vadar edib. Azərbaycanda milli valyuta əmanətləri üzrə illik gəlirlilik digər iki ölkədən çox olmasına rəğmən əhali manata əmanəti qoymağa risk etmir. Rusiyada milli valyutada olan əmanətlər üzrə illik faiz dərəcəsi 10-11%, Qazaxıstanda 13-15%-dir. Azərbaycanda manat əmanətinə təklif edilən gəlirlilik daha yüksəkdir. Buna səbəb daha çox milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığıdır. Rus rublu 2015-ci ildə 29,6% ucuzlaşsa da 2016-cı ildə 16,8% möhkəmlənib. Oxşar vəziyyət Qazaxıstan valyutasında da baş verib. 2015-ci ildə dəyərini 86,2% itirən qazax təngəsi 2016-cı ildə mövqeyini qoruyaraq 1,8% möhkəmləndirib. Manat isə 2015-ci ildə 2 dəfəyədək (98,8%) dəyər itirməsindən sonra 2016-cı ildə daha 13,6% ucuzlaşıb və prosesin hansı həddə qədər davam edəcəyi naməlumdur. Qara bazarda manatın ucuzlaşması daha yüksəkdir”.

Samir Əliyev vurğulayıb ki, əsas səbəb milli valyutanın sabitliyinə inamdır:

“Valyutanın sabitliyi üçün iqtisadiyyatın diversifikasiyası, ixrac potensialının güclənməsi, rəqabətqabiliyyətli daxili istehsalın mövcudluğudur. Hər bir maliyyə sabitliyinin arxasında milli valyutaya məcburi “sevgi hissi” yox real fəaliyyət durur. Maliyyə sektorunda, o cümlədən əmanət bazarında dollarlaşma səviyyəsinin azalması üçün iqtisadi zəmin və milli valyutanın məzənnəsinin sabitliyinə inam olmalıdır”
Manatla bağlı əhaliyə mühüm xəbərdarlıqManatla bağlı əhaliyə mühüm xəbərdarlıqManatla bağlı əhaliyə mühüm xəbərdarlıq

Oca 9 17

Hazır olun! Dollar bahalaşacaq (Oxumaq ucun Sekile vurun)

admin
dollarrr

Melumatlar.net Sonxeber.az-a istinaden bildirir ki, Tramp seçkiqabağı kampaniya zamanı 1980-ci ildən bəri ölkə iqtisadiyyatının stimullaşdırılmasını nəzərdə tutan proqramı tədbiq edəcəyini elan edib.
Yeni seçilmiş prezidenti bu proqramı həyata keçirərsə dollar maliyyə bazarında 10%-a kimi bahalaşa bilər.
Bu barədə “Citigroup” şirkətinin baş valyuta strateqi Stiven Enqlander söyləyib.
Onun dediyinə görə, belə olan halda bir avro 90 sentə bərabər olacaq.
Qeyd edək ki, Trampın proqramı seçkiqabağı kampaniya zamanı elan edilib. Layihə digər investisiyalardan yanaşı ABŞ infrastrukturuna 550 milyard dollar nəzərdə tutulur.

Mənbə: fins.az

Oca 9 17

Putin Sarkisyanı Qarabağ məsələsində necə aldatdı? – Gözdən qaçan DETAL

admin
putin-sarkisyan

Melumatlar.net Sonxeber.az-a istinaden bildirir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) erməni baş katibin gəlməsini Putinin özü istəmir.

Rusiyalı siyasi şərhçi Vadim Dubnovun fikirləri belə deməyə əsas verir.

KTMT-nin baş katibi Nikolay Bordyujanı müvəqqəti olaraq müavini Valeri Semerikovun əvəzləməsini şərh edən Dubnov bildirib ki, Moskva lap əvvəldən bu posta erməninin təyin olunmasını istəmir: “Bəziləri iddia etdilər ki, Lukaşenko erməni baş katibin seçilməməsi üçün KTMT-nin Sankt-Peterburq iclasına bilərəkdən gəlməyib. Mən belə düşünmürəm. Burada gözdən qaçan detal var. Belə ki, Moskva Lukaşenkonun gəlməməsinə və erməni baş katibin seçilməməsinə görə şad oldu. Və bundan istifadə etdi. Bordyujanın Dağlıq Qarabağ haqqında müstəqil dövlət kimi danışması da əslində erməni tərəfində yaltaqlanmaq cəhdi idi. Lakin deyə bilmərəm ki, buna nə qədər nail oldu. Moskva isə ümumiyyətlə, KTMT-də erməni baş katib görmək istəmir. Sadəcə olaraq, bunu açıq şəkildə dilə gətirmədən erməniləri aldadır”.

V.Dubnov qeyd edib ki, Moskva üçün Semerikovun daha uzun müddətdə KTMT-yə rəhbərlik etməsi sərfəlidir.

“Bordyujanın Qarabağ bəyanatı da Ermənistana verilmiş kiçik təsəllidir. Lakin bu faktdır ki, Moskva Azərbaycanla qarşıdurmada Ermənistana heç vaxt kömək etməyəcək”, – deyə o bildirib.

Rusiyalı şərhçinin sözlərindən belə aydın olur ki, Putin Sarkisyanı KTMT-yə erməni baş katibin gələcəyi ilə bağlı aldadır. Buna səbəb kimi məhz Dağlıq Qarabağ münaqişəsini və Azərbaycan faktorunu göstərmək olar. Çünki KTMT-da erməni baş katibin olması “Putin NATO-su”nun Dağlıq Qarabağ məsələsində Ermənistanın xeyrinə bəyanatlarla çıxış etməsinə gətirib çıxara bilər. Bu isə Azərbaycanla münasibətlərin saxlanılması baxımından Rusiyaya sərf etmir. Ermənistan isə ümid edir ki, KTMT-yə erməni baş katibin gəlməsi ilə üzvü olduğu təhlükəsizlik təşkilatı məhz Qarabağ məsələsində heç olmasa onu bəyanatlarla dəstəkləsin.

Oca 9 17

Multimilyonerin evinə oğru girdi , elə şeyi apardı ki… (Devamu ucun şekile toxun)

admin
multumili

Melumatlar.net Sonxeber.az-a istinaden bildirir ki Moskvanın mərkəzində iri biznesmenin ümumi dəyəri 6 milyn rubl olan saat kolleksiyası oğurlanıb.

Hüquq-mühafizə orqanları həmin biznesmenin evinə oğruların girdiyini bildirir. Hadisə ev sahibi evdə olmayanda baş verib. Oğrular giriş qapısının qıfılını sındırıb, içəri daxil olublar. Ev sahibinin kimliyi açıqlanmır, ancaq o, Gürcüstandan olan biznesmendir və sərvəti 500 milyon dollardan çoxdur.

Oca 9 17

Verilişdə şok hadisə: Sualın cavabını bilmədi deyə söyüş söydü (Devami ucun Sekile vurun)

admin
soru

Melumatlar.net Sonxeber.az-a istinaden bildirir ki, Türkiyənin ATV kanalında yayımlanan “Kim milyoner olmaq istər”in yeni buraxılışında maraqlı hadisə baş verib.

15 min TL qazanmaq üçün verilən suala səhv cavab verən iştirakçı bilmədən söyüş söyüb.

Həm tamaşaçıların, həm də aparıcı Səlcuq Yontemin təəccübünə səbəb olan hadisə efirdə yayımlanmayıb. Proqram canlı olmadığı üçün sözügedən parça yayımdan kəsilib./a24.az

Oca 9 17

Şad xəbər: Artıq Bakıda saatlarla tıxacda qalmayacaqsınız (Melumat ucun şəkilə klik ele)

admin
avtobus_basabas_0001

Melumatlar.Net Sonxeber.az-a istinaden yazir: Xəbər verdiyimiz kimi, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək.

BNA-nın ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib.

İlkin olaraq, Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib. Burada məqsəd Bakı şəhərində müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır.

Sonxeber.az bildirir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov AzVision.az-a bildirib ki, yaxın bir ay ərzində Bakıda belə zolaqları görə biləcəyik.

Ekspertin sözlərinə görə, avtobuslar üçün ayrıca zolaqların olacağı küçə və prospektlər eyni istiqamətdə 3 və daha çox hərəkət zolağı olan yollardır: “Bunlar kifayət qədər geniş yollardır. Orada avtobuslar üçün zolağın yaradılması digər zolaqlarda normal hərəkətin qalmasına şərait yaradacaq. Dünyanın bir çox ölkələrində avtobuslar üçün belə yollar var. Burada məqsəd odur ki, tıxac yaransa belə avtobus tıxacda qalmasın. Bu zolaqların təşkil edilməsi ilə avtobusların ayrıca yolu olacaq və başqa nəqliyyat vasitələri yolu tuta bilməyəcək. Həmin zolağa kimsə daxil olsa 40 manat cərimə olunacaq”.

Ə.Hüseynov qeyd edib ki, sovet dövründə Bakı şəhərində avtobuslar üçün ayrıca zolaqlar olub: “Həmin zolaqlar 2007-ci ilə qədər qalıb. Tramvay və trolleybusların ləğvi ilə eyni vaxtda həmin zolaqlar da ləğv olundu. Buna baxmayaraq “Yol hərəkəti haqqında” qanunda da bu barədə qeyd olunub. Ayrıca zolaqların salınması üçün heç bir hüquqi problem yoxdur. Bu məsələ artıq müzakirə olunub və qərar qəbul olunub ki, adıçəkilən küçə və prospektlərdə bu iş həyata keçirilsin. Bu qərarın icrası üçün texniki işlər görülməlidir. Müvafiq nişanlar qoyulmalı və nişanlanma xətləri çəkiləcək. Ümid edirəm ki, yaxın bir ay ərzində bunları görəcəyik”.

Oca 9 17

Ebru Gündeşlə bağlı SON QƏRAR (Oxumaq ucun Şekile vurun)

admin
ebr

Melumatlar.net Sonxeber.az-a istinaden bildirir ki, Müğənni Ebru Gündeşin Rza Zərrabla birgə cəzalandırılması və 3 illik həbs edilməsi tələb olunan villa davasına məhkəmənin qərarı ilə yenidən baxılıb.

Zərrab ABŞ-da həbs olunduğu üçün ifadəsinin alına bilməməsi və Gündeşin də ədalətlə mühakimə edilməsi haqqına sahib olması səbəbindən məhkəmə yeni qərar qəbul edib.

Qərara əsasən, müğənninin işinə ayrılıqda baxılacaq.

Qeyd edək ki, Rza Zərrab Kanlıca sahilində özü və həyat yoldaşı üçün villa almışdı. Mülklərdə təmir işlərinin aparılması Türkiyə qanunvericiliyində “Mədəni və təbii irsin qorunması qanunu”na zidd olduğu üçün o, həyat yoldaşı və bu işləri həyata keçirən Haqqı Süha Gökdemir adlı şəxs barəsində cinayət işi açılmışdı./axsam.az

SIDEBAR ICERIKLERI