Oca 9 17

“Oyananda gördüm ki, qəbirstanlıqdayam”

admin
505824

Melumatlar.net Sonxeber.az-a istinaden bildirir:

PKK terror təşkilatından qaçmağı bacaran uşaqlar təşkilatın kirli üzünü açıblar.

Onlar ifadələrində təşkilata necə üzv olduqlarını deyiblər.

13 yaşlı M.Y :

Marketə gedərkən kod adı H.G. olduğunu öyrəndiyim terrorçu yolumu kəsdi. Əlimi qolumu bağlayıb, qara avtomobilə mindirdi. Sonra məni kimsənin olmadığı məkana apardı. Getdiyimiz yer mağaraya bənzəyirdi. Gecəni orada keçirdik. Ertəsi gün Hakurk düşərgəsinə aparıldım. 10 gün orada qaldım. Mənə təlim keçməyə hazırlaşanda fürsət tapıb təşkilatdan qaçdım.

16 yaşlı S.T :

Ailəvi problemlərim olduğuna görə narkotik vasitələrdən istifadə edirdim. Yoldaşım məni təşkilata işçi təmin edən bir qadının evinə apardı. Orada mənə dərman içirdilər, huşumu itirdim. Özümə gələndə gördüm ki, Diyarbəkirdəki təşkilat qəbiristanlığındayıq. Burada təşkilat mənsublarıyla beş gün gözlədildikdən sonra təşkilata üzv oldum. Bütün gün ərzaq daşımaqdan yorulmuşdum. Təhdidlərdən də bezmişdim. Fürsət tapan kimi qaçdım”.

SIDEBAR ICERIKLERI