NEW YORK, NY - DECEMBER 31:  Singer Mariah Carey performs during Dick Clark's New Year's Rockin' Eve in Times Square on December 31, 2016 in New York City.  (Photo by Michael Stewart/WireImage)

Məşhur müğənni Yeni il konsertində biabır oldu

Nyu-Yorkun “Times Square” meydanında Yeni il bayramına həsr olunmuş konsert proqramı amerikalı müğənni Meray Keri üçün qalmaqalla başa çatıb.

Melumatlar.Net RİA Novosti-yə istinadən xəbər verir ki, müğənni “Emotions” mahnısını ifa etməli idi, lakin fonoqramda problem yaranıb. Keri oxumağa cəhd belə etmədən paltarında mikrofon axtarmağa başlayıb.

“Nə isə, Yeni iliniz mübarək. Biz bu mahnını yoxlamamışdıq. Lakin o birinci nömrə oldu, bunu dəyişmək olmayacaq”, – müğənni özünə haqq qazandırmağa çalışaraq tamaşaçılara oxumağı təklif edib.

Növbəti mahnı da uğursuz olub. Kerri lazımsız anlarda mikrofonu aşağı endirirdi. Nəticədə müğənni “yaxşı olmadı” etiraf edərək səhnəni tərk edib.

Sonradan Keri sosial şəbəkələrdə pərəstişkarlarından üzr istəyib. Lakin internet artıq Meray Kerinin 2016-cı ilin “son qurbanı” olması barədə zarafatlarla dolu idi.