clipboard01

Azərbaycanlı olimpiya çempionu gecə klubu açdı – FOTO

Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazandırdığı Qazaxıstanda gecə klubu açıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, ARENA adlanan əyləncə məkanı Taldıkorqan şəhərində yerləşir.

Təqdimat mərasiminə ölkənin tanınmış xanım idmançılarından Svetlana Podobedova və Karina Qoriçeva da qatılıb. Rəhimov gecə klubunu belə təqdim edib: “Sizi unikal işıqlandırma sistemi, baş verənlərin mərkəzində olmağa şərait yaradacaq ən yaxşı səs gözləyir. Əlbəttə, peşəkar şef-aşpazdan isti yeməklər də öz yerində. Geniş içki seçimi sizi laqeyd vəziyyətdə qoymayacaq. ARENA – klub həyatı üslubunun dəqiqliklə izlənildiyi yeni gecə klubudur”.

ARENA-ya giriş qızlar üçün tam pulsuzdur. Oğlanlar isə 1500 tengə (təqribən 8 manat) giriş haqqı ödəməlidirlər. Depozit haqqı adambaşı 3000 – 4000 tengə, qəlyan 4500 tengə təşkil edir. Klub saat 20:00-dan gecə saat 5:00-dək işləyir.

Qeyd edək ki, “Rio-2016”da 77 kq çəki dərəcəsində qazandığı qızıl medal qarşılığında Nicat Rəhimov Qazaxıstan Mədəniyyət və İdman Nazirliyindən 25 min dollar və Astanada 3 otaqlı mənzil alıb. O, rəsmən Atırau şəhər sakini sayılsa da, Almatıda Qazaxıstan İdman və Turizm Akademiyasının 3-cü kursunda təhsil alır.