Oca 7 17

10 yaşlı Nurayın fəryadı – VİDEO

admin
12

Sosial şəbəkələrdə 10 yaşlı Nurayla bağlı video geniş müzakirələrə səbəb olub.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülərdə Nurayı illər əvvəl anası ilə birgə tərk edən atasına məcburi verilməsi yer alıb.

Kadrlardan görünür ki, Nurayı xalasından zorla ayırmaq istəyirlər. Quba məhkəmə icraçıları onun azyaşlı olmasını belə nəzərə almır.

Artıq minlərlə sosial şəbəkə istifadəçisi ürək ağrısıyla qızcığazın fəryadını əks etdirən videonu paylaşıb. Onların arasında millət vəkili Qənirə Paşayeva da var. O da digərləri kimi sözügedən kadrları sona qədər izləyə bilmədiyini qeyd edib:

“Neçə dəqiqədir özümə gələ bilmirəm. Lütfən, uşaqlarla belə davranmayın. Təcili olaraq rayonun bu məsələyə aidiyyəti olan rəsmi qurumları, Ombudsman İnstitutu, Ailə, Qadın və Uşaq Probemləri üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı ciddi araşdırma aparmalıdır. Videoya sona qədər baxa bilmədim. Şəxsən bir millət vəkili olaraq, bir insan olaraq, mən də bu uşağın taleyi ilə maraqlanacağam. Uşağın fəryadı hələ də qulaqlarımdan getmir. Lazımi tədbirlərlə yanaşı, ailə məsələləri, uşaq hüquqları və s. ilə bağlı ciddi maarifləndirmə proqramları artırılmalıdır. Bəsdir artıq televiziyalarda çalıb-oynamaq… Maarifləndirmə istiqamətində ciddi proqramların artmasına ehtiyac var ki, bu cür mənzərələr ürəkləri dağlamasın”.

Məlum olub ki, 10 yaşlı Nuraya Mehriban adlı xalası 9 ayından bu günə kimi analıq edib. Nurayın anası Rübabə 2004-cü ildə Əvəz Bayramovla ailə həyatı qurub.

Ə.Bayramov 5 saylı doğum evində anestezoloqdur. İki il sonra Nuray dünyaya gəlib, ata 9 ay sonra öyrənir ki, həyat yoldaşı xərçəng xəstəliyinə tutulub. Ata xərçəng xəstəsi olan qadını və 9 aylıq körpəsini evdən qovub. Ə.Bayramov yenidən evlənəcəyi barədə onlara məlumat verib.

Nurayın anası isə xəstəliyindən bir neçə ay sonra xəbər tutur. 2010-cu ildə isə dünyasını dəyişir. 4 yaşlı Nurayı xalası himayəsinə götürür. Uşaq Mehriban xanıma ana, onun həyat yoldaşına isə ata deyir. Bu illər ərzində Əvəz Bayramov qızı ilə maraqlanmır, aylıq ödəməli olduğu alimentdən imtina edir. Hətta onun daha sonra aliment sənədlərini saxtalaşdırdığı iddia olunur. Ata 2011-ci ildə məhkəməyə müraciət edərək qızını geri qaytarmaq istədiyini bildirir.

Ötən il dekabrın 7-də Quba Rayon Məhkəməsinin icraçıları Nurayın analığından alınaraq heç vaxt görmədiyi atasına verirlər.

Mehriban xanımın vəkili bildirib ki, Nuray hazırda müvəqqəti olaraq xalasının yanındadır.

SIDEBAR ICERIKLERI