Oca 28 17

Tissot (Tradition) Qiymeti 125 AZN

admin
img_0751

Tissot (Tradition) Qiymeti 125 AZN. Sifarish ucun: 051 433 2744

Oca 12 17

“WhatsApp”da daha bir yenilik

admin
bc141ec9a7f0757a8a75fa1a754b2854

“WhatsApp” messencerinin 2.17.6 beta versiyasında GİF şəkillərin axtarılması imkanı yaradılıb.

Oxu.Az-ın məlumatına görə, Lent.az “vistanews.ru” saytına istinadən xəbər verir ki, artıq istifadəçilərə GİF-görüntülərin kitabxanasına rahat daxil olmaq imkanı təqdim edilir.

Bundan əvvəl GİF görüntü göndərmək üçün əvvəlcədən cihazın yaddaşına yüklənmiş şəkil lazım idi. Sonradan isə bu şəkil məlumatlara əlavə edilməli idi. GİF görüntülərin göndərilməsi üçün daha bir variant kənar, o qədər də rahat olmayan əlavələrin istifadəsi idi.

Artıq “WhatsApp” istifadəçiləri bir emodzi düyməni sıxmaqla GİF-lər olan kitabxanaya keçid əldə edə biləcəklər. Bundan başqa, açar sözlərlə lazımi şəkli axtarmaq imkanı da yaradılıb.

Qeyd etmək lazımdır ki, bu xidmət “WhatsApp” messencerində rəqiblərindən xeyli gec yaradılıb. Yeni funksiyanı ancaq 2.17.6 beta versiyasında istifadə etmək mümkündür. Onun standart versiyada bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi isə hələlik məlum deyil.

Oca 12 17

Dollar bahalaşdı

admin
dollar-auksion

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirilib.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilib və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilib.

Hərracda manatın orta çəkili məzənnəsi 1,7867 səviyyəsində formalaşıb.

Bu gün dolların məzənnəsi 1,7742 manat təşkil edir.

Oca 12 17

Düşmən əsgərimizin cəsədini qaytarmaq üçün şərt qoyub

admin
cingiz-qurbanov-sehid

Beynəlxalq Qırmızı Xaç Komitəsi erməni tərəfinə müraciət edərək dekabrın 29-da Ermənistanla sərhəddə baş vermiş toqquşmalar zamanı həlak olan və cəsədi düşmənin nəzarətindəki ərazidə qalan Azərbaycan əsgəri Çingiz Qurbanovun cəsədinin qaytarılmasını istəyib. Lakin erməni tərəfi bildirib ki, sərhəddə baş verənlərlə bağlı hansısa istintaq aparılır və bu səbəbdən cəsədin ekspertizası həyata keçirilir. Ekspertiza başa çatmadan cəsədin qaytarılmasından söhbət gedə bilməz.

Oxu.Az Virtual Azərbaycan-a istinadən xəbər verir ki, üstəlik erməni tərəfinin daha bir alçaqlığı ortaya çıxıb. “Aykakan jamanax” qəzetinin yazdığına görə erməni tərəfi Beynəlxalq Qırmızı Xaç vasitəsilə çatdırıb ki, əgər Azərbaycan Ermənistan ərazisinə hücum faktını təsdiq edib “günahını boynuna alsa” əsgərin cəsədinin qaytarılması sürətlənəcək.

Bu, Ermənistan hakimiyyətinin beynəlxalq müharibə qanunlarını və insanlıq normalarını necə həyasızcasına tapdaladığını bir daha ortaya qoyur və belə vəziyyətdə düşmənlə onun başa düşdüyü dildə danışmaqdan başqa yol qalmır.

Oca 12 17

Yeni sürücülük vəsiqələrinin verilməsinə başlanıldı

admin
avto-mexanika

Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı “Yol hərəkəti haqqında” qanuna edilən əlavələr və dəyişikliklər artıq tətbiq olunur. Belə ki, sürücülər öz istəklərinə uyğun olaraq avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün nəzərdə tutulan sürücülük vəsiqəsi ala bilərlər.

Oxu.Az xəbər verir ki, bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, hətta bir neçə ay əvvəl nəzəri imtahan verən, lakin təcrübə imtahanından keçə bilməyənlər də rəsmi qaydada Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək təcrübə imtahanını avtomat ötürücü qutusu olan avtonəqliyyat vasitəsilə verə bilər. Bunun üçün imtahandan bir neçə gün əvvəl rəsmi qaydada müraciət etmək lazımdır. DYP imtahanın günü və vaxtı barədə vətəndaşa məlumat verəndən sonra imtahana qatılmaq olar. Lakin DYP həmin şəxslərin nəzərinə bir daha çatdırır ki, bu tipli sürücülük vəsiqəsi alanlar gələcəkdə mexaniki ötürücü qutusu olan nəqliyyat vasitəsini idarə edə bilməzlər. İdarə etsələr, onları 100 manat cərimə gözləyir.

Avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün imtahan verənlər, imtahandan uğurla keçdikdə onlara adi qaydada sürücülük vəsiqəsi verilir. Lakin bu vəsiqənin “Xüsusi qeydlər” bölməsində “avtomat t/r” sözləri yazılır. Bu isə o deməkdir ki, bu vəsiqə ilə yalnız avtomat transmissiyalı nəqliyyat vasitəsini idarə etməyə icazə verilir.

Oca 12 17

“O səs Türkiyə”də mübarizə aparan azərbaycanlıların videomüraciəti

admin
fotorcreated

“O səs Türkiyə”də mübarizə aparan Pərvaz İbrahimli ilə Mehman Tağıyev həmyerlilərimizə videomüraciət ünvanlayıb.

Oxu.Az xəbər verir ki, ifaçılar sosial şəbəkədə video paylaşaraq yarışmanı tərk edən digər azərbaycanlıların qərəzli açıqlamalarına münasibət bildiriblər.

“Xəbərləri oxuyuruq, yazırlar ki, azərbaycanlıları sıxışdırırlar, onları qəsdən bir qrupa salırlar. Yarışmadır, heç kim heç kimi sıxışdırmır. Təəssüf edirik ki, azərbaycanlı dostlarımız müsabiqəni tərk etdilər.

Onu da demək lazımdır ki, 6 nəfər səhnəyə çıxanda bizi – iki azərbaycanlını saxladılar, 4 türkü müsabiqədən uzaqlaşdırdılar. Sizdən xahiş edirik ki, rəy bildirərkən bizi də düşünün”.

Oca 12 17

Qiymətinə görə ən keyfiyyətli smartfonlar – TOP-10

admin
smartt

“AnTuTu” şirkəti öz qiymətinə görə ən yaxşı keyfiyyət təklif edən onlarla smartfonun adlarını dərc edib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu reytinq 2016-cı ilin dekabr ayının göstəricilərini əhatə edir.

Reytinqin lideri “Snapdragon 820” tək kristallı sistemlə, 3 GB əməliyyat yaddaşı və 32 GB flaş yaddaşla təchiz edilmiş “Lenovo Zuk Z2” smartfonu olub. Onun qiyməti artıq 170 dollara qədər ucuzlaşıb.

İkinci yeri qiyməti 115 dollar olan “Xiaomi Redmi Note 3” smartfonu tutub. Bu smartfon 2 GB əməliyyat yaddaşı və 16 GB flaş yaddaşla təchiz edilib.

Üçüncü yerdə qiyməti 100 dollar olan “Xiaomi Mi 4C”, dördüncü yerdə qiyməti 129 dollar olan “Xiaomi Redmi Note 4” smartfonu qərarlaşıb. Sonuncu iki cihaz ikinci yeri tutmuş smartfonda olduğu kimi yaddaş həcminə malikdir.

Siyahıda beşinci yeri 144 dollar qiyməti olan “LeEco Le 2”, altıncı yeri isə dəyəri 259 dollar olan “Le Pro 3” smartfonları tutub. Sonrakı yerlərdə ilk onluğa “360 N4”, “Le Max 2” və “Meizu Metal” smartfonları daxil edilib.

Onluğu isə ən bahalı smartfonların reytinqində qiyməti 270 dollar olan “Xiaomi Mi 5S” smartfonu qapayır.

Oca 12 17

Dörd faizlik limitin ləğv olunması manata necə təsir edəcək?

admin
1014123_10203077724002028_512168627_n

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı banklar tərəfindən valyuta mübadilə məzənnəsinin təyin olunması zamanı qoyulan dörd faizlik marjanı aradan qaldırılması müzakirə olunub.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov Mərkəzi Bankın dörd faizlik marjanın ləğv edilməsinə münasibət bildirib. O bu barədə öz Facebook səhifəsində yazıb.

Ekspert qeyd edib ki, bu qərarın nə zaman qüvvəyə minməsi ilə bağlı banklara ayrıca rəsmi məktub göndəriləcək.

“Liberal məzənnəyə keçid çox qısa zamanda reallaşacaq. Mümkündür ki, növbəti hərraclarda artıq liberal məzənnə prinsipinə uyğun proseduralar tətbiq edilsin. Bu halda isə manatın dollara nisbətən məzənnəsinin azalacağı gözlənilir”, – V.Bayramov bildirib.

Oca 12 17

Avtomobil həvəskarı görün “Zapı”dan nə yaradıb – VİDEO

admin
zapi

Sovet vaxtı kiçik litrajlı və nisbətən ucuz “Zaporojets” avtomobilləri dəbdə idi. Hazırda bu avtomobillərdən şəhərdə nadir hallarda görmək olar.

Oxu.Az-ın 24saat.org-a istinadən verdiyi məlumata görə, Ukraynadan olan həvəskar avtomobilçi köhnə “Zapı”ya 12 min dollar xərc qoyaraq tüninq etdirib. “Zaporojets”ə “BMW” mühərriki qoyulmaqla yanaşı, xarici görünüşü də dəyişib.

Həmin avtomobil haqda video süjeti təqdim edirik.

Oca 11 17

Prezident: İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir

admin
1-1

Bizim gördüyümüz işlər dünyanın aparıcı, mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu da çox vacibdir. Çünki biri var bunu biz özümüz deyirik, biri də var ki, bunu beynəlxalq qurumlar qeyd edir. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 65-ci yerdədir. Bu, yaxşı göstəricidir. Əlbəttə, biz çalışmalıyıq ki, daha yüksək pilləyə çıxaq. Ancaq indiki şəraitdə dediyim bütün o amilləri nəzərə alaraq hesab edirəm ki, bu, kifayət qədər yüksək göstəricidir”.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident bildirib ki, dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun – Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxıb. Bu da hesab edirəm ki, rekord göstəricidir. Biz MDB məkanında yenə də birinciyik və bu birinciliyi saxlamışıq. Bax, budur, beynəlxalq aparıcı iqtisadi qurumların hesabatları.

“Düzdür, müxtəlif qeyri-hökumət təşkilatları var, hamımız bilirik ki, onlar haradan maliyyələşir, onların hədəfi bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaqdır.

Onların illər boyu apardıqları antiazərbaycan kampaniyaları heç bir nəticə vermir. Onların reytinqlərinə heç fikir verməyə də dəyməz. Eyni zamanda, özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”. Yəni, bütün bunlara fikir vermək lazım deyil.

Əsas bizim uğurlu inkişafımızdır, aparıcı beynəlxalq iqtisadi qurumların qiymətidir və bizim reallığımızdır. Reallıq isə ondan ibarətdir ki, biz 2016-cı ildə bu böhranlı vəziyyətdən şərəflə çıxa bildik, ölkəmizdə 100 mindən çox daimi iş yeri açılmışdır, kənd təsərrüfatının, qeyri-neft sənayemizin inkişafı bizə imkan verir ki, biz gələcəyə nikbinliklə baxaq. Biz bu gün görüləcək işlər haqqında da danışacağıq. Bizim planlarımız kifayət qədər böyükdür və onların icrası nəticəsində ölkə iqtisadiyyatı öz dinamikasını sürətləndirəcək”, – deyə İlham Əliyev bildirib.

Oca 11 17

Yeni tariflə qaz pulu belə hesablanır

admin
35421

2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli 18 nömrəli qərarın icrası məqsədilə əhali istehlakçıları üzrə quraşdırılmış mexaniki məişət qaz sayğaclarının göstəriciləri 2016-cı ilin dekabrın sonu tam oxunaraq AGİS (Avtomatlaşdırılmış Qaz İnformasiya Sistemi) abonent bazasına daxil edilib. 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinə görə hər bir kubmetr üçün 10 qəpik ödəniş edəcək. İl ərzində 1700 kubmetrdən artıq istehlak olunan hər kubmetr təbii qazın dəyəri 20 qəpikdən hesablanacaq.

Oxu.Az-ın məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, istehlakçılara aylıq istifadə olunmuş qaz sərfinə görə təqdim olunacaq bildirişlərdə qeyd olunmuş hesablama tam əksini tapacaq.

Smart ITRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə qaz sərfiyyatlarının hesablanması məqsədilə müvafiq proqram təminatları yenilənib. Artıq 2017-ci il yanvarın 1-i tarixindən etibarən əhali abonentləri tərəfindən aparılacaq ödənişlər toplanaraq illik istehlak həcmi 1700 kubmetr (170 AZN) olan abonentlər üçün hər bir kubmetr 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1700 kubmetrdən (170 AZN) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanaraq qaz həcmi şəklində sayğac kartına yüklənəcək.

Oca 10 17

Bakıda avtomobil ananı qızının gözü qarşısında vurdu – VİDEO

admin
img_0544

Bakıda avtomobil ananı qızının gözü qarşısında vurdu – VİDEO
Bakıda yolayrıcında toqquşan avtomobillərdən biri yolun kənarında dayanmış qadın piyadanı vurub.

Melumatlar.net Oxu.Az -a istinaden xəbər verir ki, Daxili İşlər Nazirliyinin Təhlükəsiz şəhər Mərkəzindən avtosfer-ə verilən videodan göründyü kimi, “Mitsubishi” markalı avtomobilin sürücüsü sağdan gələn “Mercedes” markalı avtomobilə yol vermədiyi üçün toqquşma baş verib.

Bu zaman sağdan gələn avtomobillə toqquşan “Mitsubishi” yerində fırlanaraq yolu keçməyə çalışan qadını vurub.

Aldığı zərbə qadını təxminən 2 metrdən artıq kənara tullayır və o, ağaca dəyərək yerə çırpılır. Qadın sağ qalsa da, həm avtomobilin zərbəsi, həm də ağaca çırpılması onun ağır xəsarət aldığını göstərir.

Kadrlardan aydın görünür ki, piyada qadınlar səkidən cəmi bir addım öndə dayanıblar. Elə bu da onlardan birinin vurulmasına səbəb olur. Əgər yolun hərəkət hissəsinə çıxmayıb səkidə gözləsəydi, yəqin ki, yerində fırlınan avtomobilin zərbəsinə tuş gəlməzdi.

SIDEBAR ICERIKLERI